Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:24

Məhkəmə sədrinin rüşvətdə ittiham edilən kürəkəni azadlığa buraxıldı


Bakı Baş Gömrük İdarəsi
Bakı Baş Gömrük İdarəsi

Bakı Baş Gömrük İdarəsinin rüşvətə görə həbs olunan vəzifəliləri martın 16-da azadlığa buraxılıb. Onlar rüşvət almaqda suçlu sayılsalar da, həbsdə olduqları 10 aylıq müddət yetərli cəza sayılıb. Səkkiz nəfər təqsirləndirilən şəxsdən yalnız biri – Elmar Mirzəyev 5 il azadlıqdan məhrum edilib. Qalan yeddi nəfər məhkəmə zalından azadlığa buraxılıb.

İstintaq düzgün aparılmayıb...

Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, keçmiş gömrükçülərlə bağlı istintaq düzgün aparılmayıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq zamanı çoxlu pozuntulara yol verilib. Gömrükçülərə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilmişdi. Məhkəmə belə qərara gəlib ki, rüşvət almaq onsuz da vəzifə səlahiyyətindən sui-istifadəni özündə ehtiva edir. Ona görə də bu ittiham üzrə təqsirləndirilən şəxslərə bəraət verib. Onlar rüşvət almaqda təqsirli bilinsələr də, CM-in 62-ci (qanunda nəzərdə tutulmuş cəzadan daha aşağı cəza təyin etmə) maddəsi tətbiq olunub. Yeddi təqsirləndirilən şəxsin hərəsinə 9 ay həbs cəzası kəsilib və bu müddət tamam olduğuna görə onlar həbsdən azad edilib.

Bəraət hökmü istəyiblər

Sabiq gömrükçülər isə, ümumiyyətlə, özlərini təqsirli bilmirlər. Hökmdən öncə son sözlərində də məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.

Prokuror təqsirləndirilən səkkiz nəfərə 8 ildən 8 il 6 aya qədər həbs cəzası verilməsini istəmişdi.

5 il cəza alan Elmar Mirzəyev Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru olub.

Azadlığa çıxan təqsirləndirilən şəxslərdən Orxan Zöhrabov Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkənidir.

Keçmiş gömrükçülər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 2021-ci ilin mayında Bakı Baş Gömrük İdarəsində keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

XS
SM
MD
LG