Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:41

Abramoviçi və Ukrayna danışıqçılarını zəhərləyiblər? – Qərb mediası


Roman Abramoviç
Roman Abramoviç

Bu məsələ ilə yaxından tanış olan mənbə Reuters agentliyinə bildirib ki, hadisə Abramoviçin fəaliyyətini dayandırmasına səbəb olmayıb

Qərb tərəfindən üzərinə sanksiya qoyulmuş rusiyalı oliqarx Roman Abramoviç və Ukraynanın sülh danışıqçılarında bu ayın əvvəllərində Kiyevdə keçirilən görüşdən sonra zəhərlənmənin simptomları müşahidə edilib.

Bunu “etibarlı mənbəyə” istinadla martın 28-də The Wall Street Journal qəzeti yazıb.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Kiyevin vasitəçilik ricasına müsbət cavab vermiş Abramoviçin və Ukraynanın danışıq komandasından daha iki nəfərin zəhərlənmə simptomları keçirdiyi xəbər verilir.

Qəzet yazır ki, simptomlar gözlərin qızarması, gözlərdə kəskin ağrı və fasiləsiz yaşarma, üz dərisinin kəpəklənməsindən ibarət idi.

Bu da xəbər verilir ki, Abramoviç və Krım tatar millət vəkili Rustem Umerov da daxil Ukrayna danışıqçılarının səhhəti hazırda normaldır və onların həyatına təhlükə yoxdur.

Bu məsələ ilə yaxından tanış olan mənbə Reuters agentliyinə bildirib ki, hadisə Abramoviçin fəaliyyətini dayandırmasına səbəb olmayıb.

Bundan əvvəl Kreml bildirmişdi ki, Roman Abramoviç Rusiya və Ukrayna arasında danışıqların erkən mərhələsində rol oynayıb, amma indi müzakirələri sırf tərəflərin özü aparır.

XS
SM
MD
LG