Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:49

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətindən çıxarılır


E.Rüstəmov
E.Rüstəmov

Bu gün, aprelin 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi ilə bağlı ölkə başçısının təqdimatı müzakirə olunub. Təqdimatda onun yerinə Taleh Kazımovun təyin edilməsi nəzərdə tutulur.

"Turan" agentliyinin xəbərinə görə, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar iclasında müzakirə üçün tövsiyə edib.

E.Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədridir.

38-yaşlı T.Kazımov "PAŞA Bank"ın İdarə Heyətinin sədridir. Onun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ildən başlayıb.

XS
SM
MD
LG