Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:24

ABŞ-dan Ukraynaya daha bir 800 milyon, Rusiya gəmilərinə qadağan


Co Bayden
Co Bayden

ABŞ prezidenti Co Bayden bir daha bəyan edib ki, Putin Ukraynanı işğal edə bilməyəcək

ABŞ prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatlar Rusiya qüvvələrinin Donbasdakı hücumundan müdafiə oluna bilməsi üçün Ukraynaya 800 milyon dollarlıq daha bir hərbi yardım paketi ayırıb.

Bayden bildirib ki, silahlar “birbaşa cəbhə xəttində azadlığı müdafiə edən igid ukraynalılara” çatdırılacaq.

Aprelin 21-də Ağ Evdə danışan Bayden deyib ki, "onlar bu müharibənin növbəti fazasına keçirlər və biz indi kritik zaman çərçivəsindəyik”.

ABŞ prezidenti əlavə edib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri Ukraynanı onun ehtiyacı olan hərbi avadanlıq və silahlarla təchiz etmək üçün “mümkün olduğu qədər çevik” hərəkət edəcəklər.

Yeni yardım paketi Ukraynaya növbəti həftələr ərzində silahların aramsız olaraq axınını təmin etməlidir.

Bu yardıma artilleriya, haubitsa topları, 144 min sursat və taktiki dronlar daxildir.

Ukrayna rəsmisi Rusiyanın 9 hücumunun dəf edildiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Yeni milyardlar

ABŞ ötən həftə də Ukrayna üçün 800 milyon dollarlıq hərbi yardım paketi elan etmişdi.

Bu da xəbər verilir ki, ABŞ Ukrayna qüvvələri ilə kəşfiyyat mıəlumatının paylaşılmasını və dünya boyunca başqa müttəfiq və partnyorlardan gələn silahların çatdırılmasının koordinasiyasını davam etdirəcək.

Bayden sözü gedən iki paketə əlavə olaraq Ukraynaya 500 milyon dollarlıq birbaşa iqtisadi yardım paketini də elan edib.

Prezident əlavə edib ki, gələn həftə Konqresdən Ukrayna üçün milyardlarla dollarlıq yeni yardımların təsdiqlənməsini xahiş edəcək, çünki ötən ay Konqresdən keçmiş 13.6 milyard dollarlıq vəsait artıq tükənmək üzrədir.

“Putin Ukraynada qalib gələ bilməyəcək”

Bayden bir daha bəyan edib ki, Putin Ukraynanı işğal edə bilməyəcək. O ABŞ və müttəfiqləri arasındakı birliyin möhkəm olduğunu vurğulayıb:

"Bizim ölkə daxilində, habelə müttəfiq və partnyorlarımızla, o cümlədən Ukrayna xalqı ilə birliyimiz Putinə birmənalı mesajdır – O heç vaxt Ukraynanı ram və işğal edə bilməyəcək. Bu, baş verməyəcək”.

Bayden deyib ki, Putinin iddialarına baxmayaraq Ukraynanın cənubundakı Mariupol şəhərinin tam süqut etdiyini göstərən sübutlar yoxdur.

O Rusiyanı Mariupoldakı dinc sakinlərə şəhərdən çıxmaları üçün təhlükəsiz dəhliz verməyə çağırıb.

Co Bayden habelə Rusiya bayrağı altında üzən bütün gəmilərin ABŞ limanlarına girişini qadağan edib.

Ötən il Rusiya gəmiləri Amerika portlarına 1800 dəfə daxil olmuşdu.

XS
SM
MD
LG