Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:26

Kreml dövlət qurumlarına ‘siyasi təlimçilər’ yerləşdirə bilər


Rusiyada parlament seçkisi, 2021-ci il
Rusiyada parlament seçkisi, 2021-ci il

Fevralın 24-də Ukraynaya hücum edən Putin siyasi və media azadlığına 20 ildir davam edən təzyiqləri intensivləşdirib

Rusiya Prezidenti Vladimir Putin administrasiyası nazirliklər, dövlət agentlikləri, dövlət şirkətlərinə Kremlin siyasi gündəmini yaymaqdan ötrü adamlar yerləşdirilməsini tövsiyə edib. Bu haqda “Kommersant” yazıb.

Məlumata görə, “siyasi təlimçilər” adlanacaq bu şəxslər işçiləri Kremlin siyasi baxışları haqda bilgiləndirmək üçün məsuliyyət daşıyacaq, onların əhvalının monitorinqini aparacaq.

“Sədaqət problemləri”

Bu ideya ötən il parlament seçkisi vaxtı peyda olub, belə ki, prezident administrasiyası dövlət qurumlarına Kremlin mövcud siyasi gündəmimə “sədaqət problemləri” aşkarlayıb, qəzet yazır.

Rusiya Ukraynanı işğal etməyə başlayandan sonra prezident administrasiyası bu ideyanı dirçəldib. Putinin Ukraynaya hücum qərarı Rusiyanı siyasi baxımdan təcrid edib, iqtisadiyyatına zərbə vurub, sıravi vətəndaşlarına problemlər yaradıb.

Aprelin 7-9-da Moskva regionunda qubernator müavinləri üçün yerli siyasətə həsr olunmuş iclasda administrasiya üzvləri sözügedən ideyanı tövsiyə ediblər. Qəzet bunu tədbirdən xəbəri olan şəxslərə istinadla yazır.

Putinin təzyiq vasitələri

Fevralın 24-də Ukraynaya hücum edən Putin siyasi və media azadlığına 20 ildir davam edən təzyiqləri intensivləşdirib.

Hökumətin qəbul etdiyi qanunlar müharibə haqda “saxta” informasiya yaymağı kriminallaşdırır. Opponentlərin fikrincə, bu qanun hakimiyyətə müharibəyə tənqidi yanaşan istənilən adamı həbs etmək səlahiyyəti verir.


Rusiya həmçinin çoxsaylı müstəqil media orqanlarını, Facebook və Instagram kimi böyük sosial media şəbəkələrini qadağan edib, vətəndaşların müharibə haqda dövlətin təsdiqləmədiyi xəbərləri oxumasını önləyib.

“Siyasi təlimçilər” ideyası həyata keçirilərsə, milyonlarla rusiyalıya təsir göstərə bilər.

Putin 22 illik hakimiyyəti dövründə bürokratiyanı genişləndirməklə yanaşı iqtisadiyyata, özəlliklə enerji sənayesinə dövlət nəzarətini dərinləşdirib.

XS
SM
MD
LG