Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:34

İran ölkə boyunca dron təlimlərinə başlayıb


İranın istehsal etdiyi dronlardan biri
İranın istehsal etdiyi dronlardan biri

Onun dron cəbbəxanasına uzaqmənzilli kəşfiyyat PUA-ları və Şahed-129 kimi intihar və həmlə dronları daxildir

İran İslam Respublikasının ordusu bütün ölkə boyunca dronlardan istifadə ilə təlimlərə başlayıb.

Bundan əvvəl İranın Rusiya kimi ölkələrə dron ixrac edəcəyi ilə bağlı narahatlıqlar yaranmışdı.

Avqustun 24-də başlanmış bu hərbi təlimlərin sözçüsü Mahmud Musəvi deyib ki, manevrlər zamanı onlarca pilotsuz uçan aparatlar (PUA) ölkənin müxtəlif yerlərindəki nöqtələrə və bazalara göndəriləcək.

O bildirib ki, 1000 kilometrədək məsafə qət edən dronlar müxtəlif hərbi missiyaları yerinə yetirəcəklər.

İran son illərdə fəal dron istehsalçısına çevrilib.

Onun dron cəbbəxanasına uzaqmənzilli kəşfiyyat PUA-ları və Şahed-129 kimi intihar və həmlə dronları daxildir.

Bunların arasında hava hücumundan müdafiə sistemlərini yarıb keçən “gözəgörünməz” dronların olduğu da bildirlir.

Ukraynalı mühəndis: Bu dronları vurmaq demək olar ki, mümkün deyil
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Moskva üçün ideal təchizatçı

İran bundan başqa Yaxın Şərqdə ona bağlı olan müxtəlif qruplaşmaları dronlarla təchiz edib.

Tehran regionda dronlardan müşahidə, kəşfiyyat və diversiya məqsədlərilə istifadə edir.

Bəzi Qərb rəsmiləri İran dronlarının sanksiyalar altında olan Rusiyaya ötürüləcəyindən narahatdırlar.

İyul ayında Ağ Ev bildirmişdi ki, İranın yüzlərlə dronu Rusiyaya ixrac etmək nityyətinə dair kəşfiyyat məlumatları var.

Lakin Tehran və Moskva bu kimi xəbərləri hələki təkzib edirlər.

Ötən ay ABŞ-ın milli təhlükəszilik müşaviri Ceyk Sallivan demişdi ki, İran Rusiya qüvvələrinə drondan istifadə təlimləri verməyə hazırlaşır.

Ekspertlər deyirlər ki, İranın Rusiya ilə strateji partnyorluğu və Tehranın dron istehsalı qabiliyyəti onu Moskva üçün “ideal” dron təchizatçısına çevirə bilər.

XS
SM
MD
LG