Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:49

NATO rəhbəri: ‘Ukraynanı qarşıda çətin aylar gözləyir’


Yens Stoltenberq Britaniyada təlim alan Ukrayna əsgərləri ilə görüşdə
Yens Stoltenberq Britaniyada təlim alan Ukrayna əsgərləri ilə görüşdə

Stoltenberq Rusiya qoşunlarının Xersonu tərk etməsindən sonra Ukrayna silahlı qüvvələrinin “misilsiz igidliyini” təqdir edib

Ukraynanı qarşıda çətin aylar gözləyir və Rusiyanın hərbi qüdrətini qədərindən az qiymətləndirmək olmaz.

Bunu noyabrın 14-də NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq Rusiya qoşunlarının Xersonu tərk etməsindən sonra Ukrayna silahlı qüvvələrinin “misilsiz igidliyini” təqdir edib.

Baş katib müttəfiqləri Kiyevə dəstəyi davam etdirməyə çağırıb. O Haaqada Niderlandın xarici işlər və müdafiə nazirləri ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib:

"Qarşıdan gələn aylar çətin olacaq. Putinin məqsədi Ukraynanı bu qış qaranlıqda və soyquda qoymaqdır. Biz Rusiyanın qüdrətini lazımınca qiymətləndirməməklə səhvə yol verməməliyik”.

Stoltenberq xartırladıb ki, Rusiya hələ də əhəmiyyətli qabiliyyətə və çox sayda canlı qüvvəyə malikdir.

O bildirib ki, Rusiya böyük itkilər verməsi ilə barışıb.

Yeni “hərbi cinayətlər”

Stoltenberq deyib ki, Moskvanın Xersondan çıxması “Ukrayna silahlı qüvvələrinin heyrətamiz igidliyini nümayiş etdirib, amma bu, həm də Ukraynaya verilən böyük dəstəyin göstəricisidir”.

Rusiya silahlı qüvvələri müharibənin əvvəllərində Kiyevi zəbt edə bilməmiş və geri çəkilmişdi.

Bundan sonra Ukrayna qüvvələri Rusiya ordusunun birləşmələrini Ukraynanın bir çox məntəqələrindən çıxara bilib.

Uşaqlara Makronu ələ salan mahnı oxutdurmaq... Qanunlar nə deyir?
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00

Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 13-də azad edilmiş Xerson şəhərinə səfər edib.

O bildirib ki, bu şəhərdə də Rusiya qüvvələrinin törətdiyi yüzlərlə yeni hərbi cinayətlərin sübutları aşkar olunub.

Stoltenberq də Rusiya qüvvələrinin “son dərəcə böyük qəddarlıq nümayiş etdirdiyini” vurğulayıb.

Xerson Ukraynada Rusiyanın zəbt edə bildiyi yeganə böyük şəhər və vilayət mərkəzi idi.

Yeni dəhliz ilk erməni kəndində böyük mübahisəyə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Ukrayna döyüşü dayandırsa, daha mövcud olmayacaq

Stoltenberq Niderlandın xarici işlər naziri Vopke Hoekstra və müdafiə naziri Kaysa Ollonqrenlə bu ölkənin NATO-ya töhfəsini və Ukraynaya hərbi dəstəyi müzakirə edib.

Ollonqren deyib:

"Biz indi Xersonun azad edilməsi ilə görürük ki, Ukrayna strategiyası işləyir. Lakin qış gəlir və biz hazır olmalıyıq. Əgər Rusiya döyüşləri günü sabah dayandırsa, müharibə qurtaracaq. Amma əgər müharibəni Ukrayna dayandırsa, o daha mövcud olmayacaq”.

Stoltenberq habelə deyib ki, danışıqların onun üçün hansı şərtlərinin məqbul olduğu barədə qərarı Kiyevin özü verməlidir.

"Onlar hazırda canlı qüvvə və ölkəyə dəyən ziyanla ağır bədəl ödəyirlər. Odur ki, onlar üçün hansı şərtlərin məqbul olduğunu da onlar deməlidirlər”.

Reuters agentliyinin yazdığına görə Stoltenberq daha sonra deyib:

"Masa ətrafında baş verənlər fundamental şəkildə döyüş meydanındakı vəziyyətlə bağlı olacaq. Odur ki, biz Ukraynanı dəstəkləməli və onların mövqeyini gücləndirməliyik ki, müəyyən bir mərhələdə Ukrayna Avropanın suveren dövləti kimi danışıqlarda üstün məqama sahib olsun”.

XS
SM
MD
LG