Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:51

Etirazçılara divan tutan İran rəsmilərinə sanksiyalar açıqlanıb


İranda tələbələrin etiraz aksiyası
İranda tələbələrin etiraz aksiyası

Noyabrın 23-də ABŞ İranın üç təhlükəsizlik rəsmisinə insan haqları pozuntuları ilə əlaqədar sanksiyalar açıqlayıb. ABŞ Maliyyə Nazirliyi əsasən kürdlərin yaşadığı ərazilərdə etirazçılara divan tutulmasını əsas gətirib.

22 yaşlı kürd qadın Məhsa Əmininin polis tərəfindən saxlanandan sonra ölümü İranda kütləvi etirazlara səbəb olub. Qadının guya hicabı düzgün bağlamadığına görə saxlandığı, bu zaman döyüldüyü bildirilir.

Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır
Gözlə

No media source currently available

0:00 0:08:27 0:00

Etirazların amansızlıqla yatırdılmasına görə

Nazirlik İranın şimal-qərbində kürd şəhərlərində etirazların “xüsusi amansızlıqla yatırdılması”nda əli olan rəsmilərə sanksiya tətbiq olunduğunu açıqlayıb.

Onlardan biri – Həsən Əsgəri Sənəndəc kürd şəhərinin valisi, digəri- Əlireza Moradi isə şəhərin təhlükəsizlik qüvvələrinin komandiridir.

Qurumun məlumatına görə, Əsgəri və digər rəsmiləri təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü bildirilən 16 yaşlı etirazçının ölümünə saxta səbəblər göstəriblər.

Məhabadda İİKK komandiri

Sanksiyaya məruz qalan digər rəsmi isə Qərbi Azərbaycan vilayətinin Məhabad şəhərində İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) komandiri Tağı Osanludur. Həmin şəhərə əlavə təhlükəsizlik qüvvələri yerləşdirildiyi xəbər verilir.

“Reuters” yazır ki, İranın BMT-dəki missiyası sanksiyaları dərhal şərh etməyib.

Sanksiyalar tətbiq olunan şəxslərin ABŞ-da aktivləri dondurulur, amerikalıların onlarla hər hansı işbirliyi yasaqlanır.

“Məlumatlara görə, İran rejimi küçələrə çıxaraq daha yaxşı gələcək tələb edən uşaqları hədəfə alaraq güllələyir. İranda etirazçılara qarşı, eləcə də bu yaxınlarda Məhabadda törədilən pozuntular dayandırılmalıdır”, – Maliyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə köməkçisi Brayan Nelson deyib.

İranda artıq üçüncü aya keçmiş etirazlarda azı 300 nəfərin öldürüldüyü, minlərlə insanın saxlandığı bildirilir.

XS
SM
MD
LG