Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:26

Suriyadakı Rusiya qüvvələrinin başçısı kürd komandirlə görüşüb


Məzlum Abdi (Kobani)
Məzlum Abdi (Kobani)

Türkiyənin Suriyanın şimalına yeni müdaxilə təhdidləri ilə əlaqədar Rusiyanın bu ölkədəki qüvvələrinin başçısı kürd komandirlə görüşüb. Məlumatı kürdlərin sözçüsü və ərəb telekanalı yayıb.

Kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinin (SDF) sözçüsü Siamənd Əli “The Associated Press”ə deyib ki, general leytenant Aleksandr Çayko bazar günü Suriyanın şimalındakı kürd komandiri Məzlum Abdi ilə görüşüb. Ancaq sözçü görüşün detallarını açıqlamayıb.

Çaykonun səfərindən bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında kürd qruplarına qarşı quru əməliyyatı aparılacağını bildirib. Noyabrın 3-də İstanbulda 6 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnmiş partlayışa görə Ankara kürd qrupları ittiham edir. Kürd qruplar ittihamları rədd edib.

Rusiya isə Türkiyə-Suriya sərhədində deeskalasiyaya çağırıb.

Çaykonun təklifi

Son bir həftə ərzində Türkiyə Suriyanın şimalında və İraqda şübhəli hərbi hədəflərə hava zərbələri endirib. Kürd qruplarının bildirdiyinə görə, Türkiyənin hücumları dinc sakinlərin ölümünə səbəb olur, İslam Dövlət qruplaşması ilə mübarizəyə təhdid yaradır.

Livanda yerləşən Al-Mayadeen TV-nin məlumatına görə, Çayko Abdi ilə şimal sərhədindəki gərginliyi, Türkiyənin yeni müdaxiləsindən yayınmaq üçün tədbirləri müzakirə edib. Çayko təklif edib ki, Türkiyə ilə sərhədin cənubunda 30 kilometrlik məsafədə Suriya hökumət qüvvələri yerləşdirilsin.

SDF-in başqa bir sözçüsü Aram Hanna bazar ertəsi Əl-Ərəbiyyə televiziyasına deyib ki, danışıqlar zamanı rusoyalılar Türkiyə tərəfin şərtlərini irəli sürüblər. “Türkiylə işğalçıların bütün tələblərini rədd edirik”, – o deyib.

XS
SM
MD
LG