Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:19

Putin Yandex şirkətinə nəzarəti necə ələ alır


Vladimir Putin Yandeksin Moskva ofisində (Arxiv fotosu)
Vladimir Putin Yandeksin Moskva ofisində (Arxiv fotosu)

Rusiyanın texnologoya nəhəngi Yandex bildirib ki, əməliyyatlarını yenidən təşkil edəcək və Rusiya ilə əlaqələrinin kəsilməsinə hazırlıq görür

Rusiyanın texnologoya nəhəngi Yandex bildirib ki, əməliyyatlarını yenidən təşkil edəcək və Rusiya ilə əlaqələrinin kəsilməsinə hazırlıq görür.

Yandex şirkətinin bu bəyanatından əvvəl qurumda yüksək vəzifəli direktorların işdən getməsi, şirkətin iki məşhur xidmətinin satılması və onun səhm qiymətlərinin ən aşağı həddə düşməsi ilə müşayiət olunan qeyri-sabitlik müşahidə olunmuşdu.

Şirkətin sədri Con Boynton (John Boynton) noyarbrın 25-də bəyan etmişdi ki, şirkət hazırda “son dərəcə çətin dövrünü” yaşayır.

The Bell saytı bildirirdi ki, baş qərargahı Niderlanda olan Yandex şirkəti Yandex qrupuna aid bütün bizneslərinin sahibliyini və onlara nəzarəti itirəcək.

Şirkətin Rusiyadakı qurumlarına və onların əməliyyatlarına prezident Vladimir Putinin inanılmış müttəfiqi Aleksey Kudrinin rəhbərlik edəcəyi xəbər verilib.

The Bell xəbər verir ki, Kudrin Putinlə noyabrın 25-də görüşüb və razılaşma əsasında yenidən təşkil edilmiş şirkətdə səhm payının 5 faizinə sahib olacaq.

Xəbərdə deyilir ki, şirkətdə Rusiyanın milyarder oliqarxı Vladimir Potaninin metal nəhəngi Norilsk Nickel şirkəti də paya malik olacaq.

Adı dəyişdiriləcək

Yandex şirkətinin Niderlanddakı əsas ofisi bildirib ki, qurumun adı yaxın gələcəkdə dəyişdiriləcək və Yandex brendininn müstəsna hüquqlarını saxlayacaq.

Şirkətdəki yenidən təşkilatlanma əsasında Arkadi Voloj Rusiyadan kənardakı şirkətlərə lisenziya hüququnu saxlamalıdır.

Voloj Rusiyanı tərk etdikdən sonra hazırda İsraildə yaşayır.

Çox vaxt “Rusiyanın Google-u” adlandırılan Yandex-in səhmləri birjalarda ABŞ-ın müştərək fondları və investisiya şirkətləri tərəfindən idarə olunurdu.

Lakin 2019-cu ildən bəri şirkətin üzərinə Moskvanın təzyiqləri artırdı. Həmin vaxt Moskva şirkətdən Sberbank şirkətinə qərarların qəbul edilməsində veto hüququnun verilməsini tələb etmişdi. Sonradan səsvermə vetosu hüququ Rusiya fondlarından birinə ötürülmüşdü.

Çində etirazlar bir neçə şəhərə yayılıb
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

“Geosiyasi qərar”

Lakin ekspertlər bildirirlər ki, Yandex şirkətinin əsas problemləri Rusiyanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsi ilə yaranıb.

Media qurumlarından tutmuş xidmətlərin çatdırılmasına qədər ən müxtəlif sahələrə nəzarət edən Yandex müdaxilənin başlanması ilə media üzərinə qoyulmuş ağır məhdudiyyətlərlə bağlı əməliyyat çətinlikləri ilə üzləşib.

Məhz buna görədir ki, Yandex son qərarını “geosiyasi dəyişikliliklərlə” əlaqələndirib.

Yandex media xəbərləri ilə yanaşı həm də internetdə axtarış xidmətlərini təmin edirdi. Amma Rusiyanın Ukraynada müharibəyə başlaması ilə Yandex-ə axtarış mühərrikinin alqoritmlərinin dəyişdirilərək axtarışların dövlət mediasına yönəldilməsi üçün təzyiqlər artıb.

Ekspertlər bunu faktiki olaraq axtarış xidmətinə senzura qoyulması kimi qiymətləndiriblər.

Rusiyanın dövlət TASS xəbər agentliyi baş verənləri Yandex-in Rusiyadan getməsi adlandırıb.

Senzura

Dəyişikliklərdən ən çox təsirlənən Yandex News saytı olub. Hazırda Rusiya qanunvericiliyi müharibənin müharibə yox, “xüsusi əməliyyat” adlandırılmasını tələb edir.

Rusiya silahlı qüvvələri barədə xəbərlərə də sərt senzura qaydaları qoyulub və bu məhdudiyyətlər onları pozanların hətta həbsxana cəzası ilə cəzalandırılmasına imkan verir.

Bu məhdudiyyətlərlə əlaqədar Yandex-in Yandex News qolunun rəhbəri də daxil iki vəzifəlisi direktorlar şurasından istefa verib.

Dava-dərman üçün borca düşən şəkər xəstələri...
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

Bundan bir həftə sonra Avropa İttifaqının sanksiyaları ilə bağlı baş direktorun müavini istefaya gedib. Voloj vəzifəsini iyun ayında, yenə də sanksiayalara görə tərk edib.

Avqust ayında şirkət elan etmişdi ki, Yandex News və əyləncə portalı sayılan Yandex Zen qollarını VK (Vkontakte) şirkətinə satır. VK şirkətinə nəzarət isə 2021-ci ildə Putinin yaxın müttəfiqlərindən birinə satılıb.

Yandex-n sözçüsü Polina Pestova AzadlıqRadiosuna deyib ki, axtarış alqoritmlərinin manipulyasiya edilməsinə dair iddialar əsassızdır.

Kudrinin özü də hələki Yandex-ə nəzarət edəcəyinə dair xəbərləri təsdiq etməyib.

XS
SM
MD
LG