Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:33

Zelenksi Londondan Parisə gəldi


Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 8-də Britaniyaya səfərini başa vuraraq Fransaya gəlib.

O burada Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşür.

O bundan əvvəl Britaniya millət vəkilləri qarşısında çıxış etmiş, ölkə monarxı kral III Karlla görüşmüşdü.

Zelenski Londonda. Ukraynaya silahlar, Rusiyaya sanksiyalar

Britaniya fevralın 8-də Ukraynanın Rusiyanın getdikcə intensivləşən hücumlarını dəf edə bilməsi üçün Kiyevə təcili hərbi yardımın dəfələrlə artırıldığını bəyan edib.

Ukrayna prezidenti Volodimir Zelenski Britaniyanın baş naziri Rişi Sunakla görüşü zamanı habelə Ukrayna pilotlartına təlim verilməsini xahiş edib.

Zelenski Londondan Brüsselə səfər etməlidir.

Zelenski Sunakla görüşü zamanı Britaniyaya müharibənin ilk günündən Kiyevə dəstək olduğuna görə təşəkkürünü bildirib.

Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna prezidenti Volodimir Zelenski
Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna prezidenti Volodimir Zelenski

Bu da xəbər verilir ki, Ukrayna pilotlarının yaxın gələcəkdə NATO standartına uyğun təyyarələri idarə edə bilmələri üçün onlara əlavə təlim məşqləri keçiləcək.

Buna baxmayaraq Londonun Ukraynaya qırıcı təyyarələr verilməsinə dair mövqeyinin dəyişdiyi barədə heç bir xəbər yoxdur.

Britaniya bundan əvvəl bildirmişdi ki, hazırkı mərhələdə Ukraynaya NATO standartlı qırıcıların verilməsi məqsədəuyğun görünmür.

Baş nazirin müşavirlərindən biri deyib ki, NATO təyyarələrinin idarə olunması üçün hər bir pilot azı 35 ay təlim görməlidir.

Təyyarələr hələ olmasa da, pilotlar olacaq

Bununla belə London Ukrayna dənizçilərinə və pilotlarına əlavə təlim verilməsinə dair qərarı artıq qəbul edib.

Britaniya son altı ayda 10 minədək Ukrayna hərbçisinə təlim verərək onları döyüş hazırlığı vəziyyətinə gətirib.

Hökumət bildirir ki, daha 20 min Ukrayna hərbçisinə təlim keçilməsi planlaşdırılır.

Ötən həftə Londona gələn Ukrayna hərbçiləri artıq Challenger 2 ağır tanklarında təlim keçməyə başlayıblar.

Sunak bildirib ki, Britaniya Ukraynaya daha uzaqvuran silahların göndərilməsinə hazırlaşır.

Rusiyaya qarşı yeni sanksiyalar

Britaniya habelə fevralın 8-də Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə, Rusiyanın silah istehsalçılarına və Kreml elitasına varlanmaqda və bu sərvəti saxlamaqda kömək edən 8 fərdə qarşı sanksiyalar elan edib.

Britaniyanın yeni sanksiyaları Rusiyanın dron istehsalçısı ZALA Aero Group şirkətini, hərbi helikopterlər üçün ehtiyat hissələri istehsal edən Rostexkomplekt, hərbi yüklərin çatdırılmasına cavabdeh Oboronlogistika, tırtıllı və təkərli texnika istehsalçısı Universalmaş müəssisəsini və bir sıra başqa şirkətlərini hədəfləyəcək.

Svetlana Krivonogix
Svetlana Krivonogix

Fevralın 8-də sanksiya siyahısına salınanların arasında Rossiya bankının səhmdarlarından Svetlana Krivonogix də var.

Proyekt jurnalist təhqiqatı qrupu bildirmişdi ki, əmlakı və biznes aktivlərinin ümumi dəyəri 100 milyon dollar olan Krivonogixin qızı “fenomenal şəkildə Putinə oxşayır”.

Rusiya Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan bəri Britaniya Rusiyanın 1300-dən çox fiziki və hüquqi şəxsinə sanksiyalar qoyub.

Zelenski Londona gəlib

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 8-də Londona gəlib.

Britaniyanın baş naziri Rişi Sunak Zelenskini Londonun Stansted hava limanında qarşılayıb.

Stansted Britaniyanın həm mülki, həm hərbi, həm də ehtiyat aeroportu sayılır.

Ukrayna prezidentinin kral III Karlla görüşü, Britaniya parlamentində çıxışı gözlənilir.

Zelenski bundan başqa Britaniyada hərbi təlim alan Ukrayna hərbçiləri ilə görüşəcək.

Bu səfər barədə əvvəlcədən məlumat verilməmişdi.

Jurnalistlər Ukrayna prezidentinin səfərini “gözlənilməz” adlandırırlar.

BBC xəbər verir ki, Zelenski ilə Sunakın görüşü zamanı Londonun Rusiyaya qarşı yeni sanksiyaları elan edilə bilər.

Londona səfər Ukraynada müharibə başlanandan bəri prezidentin sayca üçüncü xarici səfəridir.

Ötən ilin sonunda Volodimir Zelenski ABŞ-a və Polşaya səfər edib.

XS
SM
MD
LG