Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 23:41

Bakı-Qəbələ-Bakı sürət qatarı işə düşür, qiymətlər açıqlandı


Bakı-Yeni sürət qatarı
Bakı-Yeni sürət qatarı

Reyslər həftə sonları olacaq.

Martın 18-dən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı fəaliyyətə başlayır.

APA-nın xəbərinə görə, həmin marşrut üzrə biletlər artıq martın 4-dən satışa çıxarılıb.

Bu münasibətlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi və ADY rəsmiləri, Dövlət Turizm Agentliyi, nəqliyyat üzrə ekspertlər və blogerlərin iştirakı ilə Bakı-Qəbələ qatarının rəmzi səfəri təşkil edilib.

309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart, biznes və birinci sinif olmaqla ümumilikdə 364 yer var.

Qatar həftəsonları, hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Bazar günü saat 19:00-da isə Qəbələdən Bakıya yola düşəcək və saat 22:20-da mənzil başına çatacaq.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 , biznes sinfi üçün 31, birinci sinif üçün isə 93 manatdır.

Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından almaq olar.

XS
SM
MD
LG