Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:39

İranda internet kəsintilərinə qarşı etiraz bəyanatı yayılıb


Zahedanda həlak olmuş etirazçıların fotoları olan plakat
Zahedanda həlak olmuş etirazçıların fotoları olan plakat

İranda insan haqları təşkilatları və fəallar bildiriblər ki, ölkənin cənubundakı Sistan və Bəlucistan ostanında davam edən insan haqları pozuntuları ilə bağlı hakimiyyət üzərinə təzyiqi artırmaq məqsədilə “Ayaqda qalaq!” koalisiyası yaradırlar.

PEN America və United for Iran təşkilatları, Şirin İbadiFəribə Bəluc kimi insan haqları fəalları da daxil müxtəlif media platformaları tərəfindən imzalanmış birgə bəyanatda deyilir ki, bu ostanda insan haqları pozuntularının məxfi saxlanması üçün internetin bağlanması kimi vasitələrə əl atılır.

Bu ostan, xüsusilə də Zahedan şəhəri İranda aylarla davam etmiş kütləvi etiraz aksiyalarının episentri olub.

“Qanlı bazar günü”

Xəbər verilir ki, cümə xütbələrinin oxunduğu cümə günlərində bu şəhərdə bir qayda olaraq internet kəsilir.

Bəyanatda Zahedanda təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığı “Qanlı bazar günü” də yada salınır.

Sentyabrın 30-da Zahedan şəhərində təhlükəsizlik qüvvələri tərəfindən 100-dək insan öldürülüb, yüzlərlə başqaları xəsarət alıb.

Bu şəhərdəki etirazların alovlanmasına 22 yaşlı Məhsa Əmininin polisdə öldürülməsi və iddia olunduğuna görə 15 yaşlı qızın yerli polis rəisi tərəfindən zorlanması səbəb olub.

Sünni çoxluq

Bəyanatda Beynəlxalq Telekommuniksiyalar İttifaqına (International Telecommunication Union) və onun baş katibinə müraciət edilir. Müraciətdə baş katibdən İranda internet kəsintilərinə son qoyulması üçün İran hökuməti üzərinə təzyiq göstərilməsi rica edilir.

Bəyanat müəllifləri habelə İran hökumətindən “vətəndaşların susdurulması” halları ilə bağlı təhqiqatların keçirilməsini tələb edirlər.

Bütün dünya boyunca internetə girişi monitorinq edən NetBlocks şəbəkəsinin hesabatında deyilir ki, Zahedan şəhərində internetin əhəmiyyətli dərəcədə kəsintilərə məruz qalması müşahidə edilib.

İranın Sistan və Bəlucistan ostanında əhalinin əksəriyyətini sünni müsəlmanlar təşkil edirlər. Burada şiələrin sayı 10 faizdən də azdır.

Xatırlatma

İranda sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb.

Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.

Hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük həyəcan sayılır.

Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər.

Fəalların HRANA agentliyi yanvarın 16-na olan məlumata görə etirazlar ərzində 71-i azyaşlı olmaqla azı 522 nəfərin öldüyünü bildirib.

XS
SM
MD
LG