Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:41

Moskvaya dron hücumları hər üç aeroportun fəaliyyətində fasilələr yaradıb


Domodedovo hava limanı
Domodedovo hava limanı

Avqustun 26-da səhər Moskvaya dron hücumları nəticəsində paytaxtın hər üç hava limanının fəaliyyətində fasilələr yaranıb.

Rusiya paytaxtının meri Sergey Sobyanin deyib ki, dronlar Kremlə 50 km uzaqlıqdakı İstrinski rayonu ərazisində hava müdafiə sistemi tərəfindən məhv edilib.

TASS agentliyi Moskvanın üç əsas hava limanı Vnukovo, Domodedovo və Şerementyevonın fəaliyyətində fasilələrin yarandığını xəbər verir.

Moskva ilə yanaşı Ukrayna ilə sərhəd Belqorod vilayətinə də dron hücumu olduğu bildirilir.

Şəhər meri Vyaçeslav Qladkov səhər saatlarında Kupino kəndi yaxınlığında hava müdafiə sisteminin bir dronu zərərsizləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, bu hücum nəticəsində ölən və xəsarət alan olmayıb.

Qladkovun sözlərinə görə, drom hücumları ilə yanaşı Ukrayna ordusunun Urazovo kəndinə atəş açması nəticəsində isə dörd nəfər yaralanıb.

Rusiya dron hücumlarına görə Kiyevi ittiham etsə də Ukrayna bu xəbərləri rəsmi qaydada təsdiq etmir

"Son 24 saatda 72 dron hücumu"

Dünən, avqsutun 25-də Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, 2014-cü ildə ilhaq etdiyi Krım üzərində 9-unun Hava Hücumundan Müdafiə Qüvvələri, 33-nün isə elektron müharibə sistemləri ilə olmaqla, 42 pilotsuz təyyarəni məhv edib.

Rusiya rəsmiləri son 24 saatda ümumulikdə 72 dron hücumunu zərərsizləşdirdiklərini açıqayıblar.

ABŞ Ukrayna ordusuna "F-16" təlimləri keçəcək

ABŞ Müdafiə Nazirliyi avqustun 25-də bildirib ki, ukraynalılara "F-16" qırıcılarını idarə etməyi və onlara xidmət göstərməyi öyrədəcək.

Müdafiə Nazirliyinin açıqlamasında deyilib ki, təlim Arizona ştatının Tuson şəhərində keçiriləcək.

Pentaqonun mətbuat katibi, Hərbi Hava Qüvvələrinin brigada generalı Pat Rayder ABŞ-ın təlimləri "Ukraynanın uzunmüddətli müdafiəsini inkişaf etdirmək və gücləndirmək üçün beynəlxalq səylərə dəstəkdir" deyib.

Təlimlər ukraynalıların sentyabrda başlayacaq ingilis dili kursunu bitirməsindən sonra, oktyabr ayında başlayacaq.

XS
SM
MD
LG