Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 14:41

Qriqoryan postsovet həmkarları ilə görüşə getmir


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev (solda) və onun erməni həmkarı Armen Qriqoryan Yerevanda görüşür. 2022
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev (solda) və onun erməni həmkarı Armen Qriqoryan Yerevanda görüşür. 2022

Ermənistan Təhlükəsizlik Şurasının katibi noyabrın 8-də postsovet ölkələrindən həmkarlarının görüşünə getməyəcəyini açıqlayıb. Bundan 10 gün öncə isə Rusiya Armen Qriqoryanın Ukraynanın təşəbbüsü ilə keçirilən sülh danışıqlarına qatılmasını pisləmişdi.

Qriqoryanın sözçüsü onun Moskvada keçirilən MDB toplantısına qatılmamaq qərarının səbəbini açıqlamayıb. AzadlıqRadiosunun erməni xidməti sözçüdən əlavə açıqlama ala bilməyib.

Baş nazir Nikol Paşinyan oktyabrın 13-də MDB-nin Qırğızıstan sammitində iştirakdan da imtina etmişdi. Bu boykot hökumətin Moskva ilə gərginliyinin artmasını göstərir.

Malta görüşü

Qriqoryan ötən ayın sonunda Maltada 60-dan çox ölkənin təhlükəsizlik rəsmilərinə qoşulmaqla gərginliyi daha da qızışdırmış oldu. Həmin toplantının məqsədi Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya ilə müharibəni bitirmək planını müzakirə etmək idi. Qriqoryan tədbir çərçivəsində Zelenski administrasiyasının başçısı Andrey Yermakla da görüşüb. Moskva isə Malta görüşünü "aşkar antirusiya tədbiri" adlandırıb. Rusiyanın Xarici İşlər Nazirliyi Qriqoryanın Maltaya səfərini "rəsmi Yerevanın nümayişkaranə antirusiya jesti" adlandıraraq Paşinyan administrasiyasını Rusiya-Ermənistan münasibətlərini sistematik məhv etməkdə suçlayıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan cümə günü – noyabrın 3-də bu tənqidi rədd edərək bildirib ki, Rusiya Ermənistanın ondan həyati asılılığını saxlamaq istəyir.

Yerevan bu ilin əvvəlində Rusiyanın başçılıq etdiyi KTMT-nin hərbi təlimlərində iştirakdan imtina edib, postsovet ölkələrinin müdafiə nazirlərinin görüşünə də arxa çevirib.

Paşinyan dəfələrlə KTMT-ni və Rusiyanı Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini icra etməməkdə suçlayıb. Ancaq ölkəsini bu alyansdan çıxarmayıb, Rusiya hərbçilərinin Ermənistan ərazisindən çıxarılmasını tələb etməyib.

XS
SM
MD
LG