Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:29

Qara dənizin minalardan təmizlənməsi ilə bağlı memorandum imzalandı


İstanbul
İstanbul

Rumıniya, Bolqarıstan və Türkiyə Qara dənizdəki ərazi sularında minatəmizləmə əməliyyatlarını gerçəkləşdirəcək birgə qrup yaradırlar.

Türkiyə və Rumıniyanın müdafiə nazirləri Yaşar Güler Anqel Tılver ilə Bolqarıstan baş nazirinin müavini Atanas Zapryanov yanvarın 11-də İstanbulda bu barədə anlaşma memorandumuna imza atıblar.

Təşəbbüsün məqsədi Rusiya Ukraynanı işğal edəndən bəri Qara dənizdə üzən minaları təmizləməkdir.

Türkiyənin əsas rolu oynayacağı gözlənilir

Razılaşmanın mətni ictimaiyyət üçün açqılanmasa da, NATO-dakı mənbələrdən biri AzadlıqRadiosunun Rumın xidmətinə bildirib ki, Rumıniya, Bolqarıstan və Türkiyə minalardan təmizləmə işlərini öz vəsait və imkanları hesabına həyata keçiriəcəklər və bu əməliyyat sırf iqtisadi zonalarda aparılacaq.

Mənbənin sözlərinə görə razılaşmaya başqa müttəfiqlər də öz vasitələri ilə qoşula biləcəklər.

Rumıniyanın xarici işlər naziri Luminița Odobesku da AzadlıqRadiosuna deyib ki, ilkin mərhələdə üçtərəfli olsa da, saziş daha sonra başqa partnyorların iştirakı üçün açıq olacaq.

Minatəmizləmə əməliyyatlarında minatəmizləyən gəmilər, patrul katerləri, helikopterlər və dronlardan istifadə olunacağı bildirilir.

Bu da qeyd olunur ki, bu əməliyyatlarda minatəmziləyən gəmilərin daha böyük donanmasına malik olan ölkə kimi əsas rolu Türkiyənin oynayacağı gözlənilir.

Minalara görə baş verən insidentlər

Ukraynanın dəniz limanlarını blokadaya almaq üçün Rusiya tərəfindən dənizə atılmış minalar dəniz daşımaları üçün ciddi təhlükə yaradır.

2023-cü ilin ikinci yarısında su axınları ilə Rumıniya və Bolqarıstan sahillərinə gəlib çıxan minaların gəmilərə toxunduğu insidentlər baş verib.

Bu qəbildən son insident dekabrın 27-də baş verib. Ukrayna limanlarından birinə taxıl doldurmaq üçün gedən tankerlərdən biri minaya toxunub və nəticədə gəmidə yanğın baş verib.

Türkiyənin müdafiə naziri Güler də dekabrın 16-da demişdi ki, minalar artıq Türkiyə boğazlarına gəlib çatıb.

Güler qeyd edib ki, bir-birlərinə qarşı dəniz minalarını həm Rusiya, həm də Ukrayna düzüblər.

Bu da qeyd olunur ki, Ukraynada müharibə başlanandan bəri Qara dənizdə, əksəri Ukrayna donanması tərəfindən aşkarlanmış 90-dək mina zərərsizləşdirilib. Rumıniya hərbi dəniz donanması 5 minanı zərərsizləşdirib.

XS
SM
MD
LG