Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:51

Paşinyan Azərbaycana hücum etməməklə bağlı pakt imzalamağı təklif edir. Azərbaycanın cavabı


Nikol Paşinyan ordu günü mərasimində
Nikol Paşinyan ordu günü mərasimində

Azərbaycan XİN Nikol Paşinyanın açıqlamasına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Ermənistanın baş naziri Nikol Paşinyan qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamaq təklifinə münasibət bildirilib.

Nazirliyin saytında yer alan münasibətdə qeyd edilir ki, Paşinyanın açıqlaması Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır.

“...Baş nazir Paşinyanın da bildirdiyi kimi, ölkəsinin ciddi hərbiləşmə siyasəti apardığını, son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzalandığını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır” - nazirliyin mətbuat katibi Ayxan Hacızadə vurğulayıb.

Onun fikrincə, “bu kimi qərəzli” bəyanatlar bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına manedir:

“Azərbaycan öz növbəsində sülh və quruculuq səylərini davam etdirəcək, Ermənistandan da sözdə deyil, əməldə adekvat addımların atılmasını gözləyir.”

***

Ermənistanın baş naziri bazar günü - yanvarın 28-də deyib ki, Azərbaycana hücum etməməklə bağlı pakt imzalamağı təklif edib.

Nikol Paşinyan çıxışında Yerevanın Azərbaycana təklif etdiyi qoşunların sərhəddən qarşılıqlı çəkilməsi təklifindən danışıb.

"Qoşunların qarşılıqlı çəkilməsi Azərbaycan SSR-in ərazisinin Azərbaycanın, Ermənistan SSR-in ərazisinin isə Ermənistanın nəzarətində qalmasına imkan verəcək. Biz həminin sərhədlərin demilitarizasiyasını, yəni, Azərbaycanla demilitarizasiya təklif etmişik. Həmçinin sülh sazişinin imzalanması gözlənildiyindən daha çox vaxt apararsa, silahlara qarşılıqlı nəzarət, eləcə də hücum etməməklə bağlı pakt imzalamağı təklif etmişik", - o deyib.

Paşinyan Ermənistanın sülh sazişinə sadiq qaldığını, bu gündəmdən geri çəkilməyəcəyini vurğulayıb.

Rəsmi Bakı, hələlik, Paşinyanın son təklifinə münasibət açıqlamayıb. Ancaq Azərbaycan hakimiyyəti də Ermənistanla sülh istədiyini dəfələrlə bildirib.

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində sərhədlərlə bağlı demişdi ki, sərhədlər müəyyən edilmədiyi üçün geri çəkilməyəcəklər: "Biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir. Ancaq bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb".

Yanvarın sonunda Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının görüşü keçirilməlidir.

Prezidenti Əliyev ötən ilin sonunadək sülh sazişi imzalana biləcəyini deyirdi. Ancaq beynəlxalq vasitəçilərin iştirakı ilə sülh danışıqlarında indiyədək nəticə əldə olunmayıb.

Rəsmi Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla Qarabağa nəzarəti bərpa etsə də, tərəflər sülh sazişi imzalamayıb. Sərhədlər delimitasiya və demarkasiya olunmayıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG