Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:52

«Abort insanın şəxsi işidir, hökumət buna qarışmamalıdır»


Azərbaycanda rəyini bildirənlərin 14 faiz deyib ki, hökumət aborta görə cəza tətbiq etməməlidir
Azərbaycanda rəyini bildirənlərin 14 faiz deyib ki, hökumət aborta görə cəza tətbiq etməməlidir

Dünyanın 17 ölkəsinin vətəndaşları hesab edir ki, aborta görə cərimə və ya həbs kimi cəzalar tətbiq olunmamalıdır. Rəyi soruşulanların yarısı isə ümumiyyətlə deyib ki, dövlət aborta görə məsuliyyəti sadəcə fərdlərin öz ixtiyarına buraxmalıdır. Sorğunu ictimai rəyin öyrənilməsi üzrə beynəlxalq təşkilat «WorldPublicOpinion.org» həyata keçirib.


Araşdırma Çin, Hindistan, Birləşmiş Ştatlar, İndoneziya, Rusiya kimi ölkələrlə yanaşı, Azərbaycanda da keçirilib. Azərbaycanda rəyini bildirənlərin 14 faizi deyib ki, hökumət aborta görə cəza tətbiq etməməlidir. Böyük əksəriyyət (48 faiz) isə hesab edir ki, abortla bağlı qərar insanın şəxsi işidir, hökumət buna qarışmamalıdır.


«WorldPublicOpinion.org» yazır ki, müsəlman və xristianlar arasında da bu məsələyə baxış fərqlidir. Sorğuya cəlb olunan xristianların 65 faizi aborta liberal baxdığı halda, müsəlmanların 59 faizi hesab edir ki, abortun qarşısını almaq üçün hökumət tədbirlər görməlidir. O cümlədən cinayət məsuliyyətinə cəlb etmək kimi hallarda tətbiq edilməlidir.


XS
SM
MD
LG