Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:46

Azərbaycan millisi FİFA-nın reytinqində 6 pillə gerilədi


Milli yenə gerilədi
Milli yenə gerilədi

FİFA futbol yığmalarının ənənəvi reytinq cədvəlini açıqlayıb. Azərbaycan millisi ötən ayla müqayisədə altı pillə geriləyərək 139-cu mövqedə qərarlaşıb. Yığmanın Dünya Çempionatı - 2010-na çıxmaq uğrunda mübarizə apardığı qrup rəqiblərindən ən yaxşı nəticə yenə Almaniya komandasına məxsusdur – 3-cü yer. Avropa Çempionatının yarımfinalına qədər irəliləmiş Rusiya millisi isə 24-cü mövqedən 11-ci pilləyə yüksəlib.


Siyahıya Avropa çempionu İspaniya rəhbərlik edir. İkinci yerdə İtaliya qərarlaşıb. Braziliya 4-cü, Argentina 6-cı mövqedədir.


Türkiyə millisi 20-ci pillədən 14-cü mövqeyə yüksəlib.


XS
SM
MD
LG