Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:44

Elmar Hüseynov mükafatının qalibləri elan olundu


Babək Bəkir, 17 iyul 2008
Babək Bəkir, 17 iyul 2008

Elmar Hüseynov mükafatının qalibləri elan olundu. Qaliblərin arasında «Azadlıq» radiosunun əməkdaşı Babək Bəkir də var. O, «Ağ ölümün qara səhifələri» araşdırmasına görə mükafata layiq görülüb. Digər qalib isə «Media forum» saytının əməkdaşı Aynur İmanova olub. Onun araşdırmasında («Çöl havası») məhbus qadınların cəmiyyətə reablitasiya problemlərindən bəhs edilir.


Elmar Hüseynov mükafatı ilk dəfədir verilir. Mükafat layihəsini ABŞ Dövlət Departamenti maliyyələşdirir. Hər mükafat 1000 ABŞ dollarıdır.


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı binanın astanasında qətlə yetirilib.


Jurnalisti qətlə yetirənlər hələ də tapılmayıb.


İyulun 17-i mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür.









XS
SM
MD
LG