Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 08:31
Daxili Qoşunlar Siyəzəndə əməliyyat keçirir
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Daxili Qoşunlar Siyəzəndə əməliyyat keçirir

Siyəzəndə saqqallıları tuturlar - [Video]

Yanvarın 13-dən fərqli olaraq bu gün Siyəzən rayonunda sakitlikdir, meydan boşaldılıb.

Yanvarın 12-dən başlayaraq Azərbaycanın bir neçə rayonunda, Ağcabədi, Lənkəran, Siyazəndə bahalaşma və işsizliyə etiraz aksiyaları keçirilir. Siyəzən rayonunda aksiya yanvarın 13-də də davam edir, polis aksiyanı gözyaşardan qazla dağıtmağa çalışır.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

15:02 13.1.2016

Siyəzəndə 2 nəfər saxlanıb

Siyəzəndə nisbi sakitlik bərpa edilir. Rayon İcra Hakimiyyətinin qarşısında hökümət qüvvələri toplaşıb, baxış keçirirlər. Əhali kənar küçələrdə gözə dəyir. Polis 2 nəfəri saxlayıb.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna bildirdilər ki, baş verənlərlə bağlı rəsmi məlumat yayacaqlar.

Siyəzəndə aksiyadan sonrakı durum
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

14:57 13.1.2016

Video və fotolarınızı, məlumatlarınızı AzadlıqRadiosuna göndərin

Əgər sizdə də Siyəzəndə, yaxud, Azərbaycanın hər hansı bölgəsində baş verən hadisələrlə bağlı məlumat, çəkdiyiniz video və ya fotolar varsa, onları AzadlıqRadiosuna da göndərin.

Çəkdiklərini bizə belə çatdır:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz:

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com

14:56 13.1.2016

Ağsuda aksiyalar gedir

Yanvarın 13-də Ağsunun mərkəzində etiraz aksiyası keçirilib. Aksiya haqda AzadlıqRadiosuna məlumat verən Ağsu sakini deyir ki, onlar Heydər Əliyev parkından İcra hakimiyyətinin binası qarşısına yürüş ediblər.

Regionlardakı etiraz videolarını burdan izləyin

Sakinlər işsizlik, maaş problemi və bahaçılığa etiraz edirlər. Etirazçıların bir neçəsini icra hakimiyyətinin nümayəndələri qəbul edib.

Ağsu sakinləri də etiraz aksiyası keçirir
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

13:16 13.1.2016

Füzulidə də aksiya davam edir

Yanvarın 13-də Füzuli rayonunun Balabəhmənli kəndində də bahalaşma və işsizliyə etiraz olaraq aksiya keçirilib.

Hələlik bu aksiya ilə bağlı hər hansı rəsmi reaksiya yoxdur.

Şahidlərin göndərdikləri bəzi fotoları təqdim edirik:

Davamı

XS
SM
MD
LG