Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 02:55

Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

AzadliqRadiosunun Bakıdakı əməkdaşları hələ də Azərbaycan hakimiyyətinin təzyiqi altındadırlar. Keçən ilin dekabrında Bakı bürosunda zorakı axtarış və ofisin möhürlənməsindən sonra əməkdaşlar zorakılıqla istintaqa çəkilib, radioya qarşı gah casusluq, gah çirkli pul yumaq, gah da əməkdaşların hüququnun pozulması haqda əsassız iddialar səslənib. AzadlıqRadiosu əməkdaşlarına təzyiqi işıqlandırdığı mövzulara görə Azərbaycan hakimiyyətinin qisas cəhdi adlandırıb. Bundan əvvəl Azərbaycan məmurlarının gizli biznes fəaliyyətini araşdıran AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin arxasında da eyni səbəblərin durduğu bildirilmişdi.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

16:37 26.12.2014

OFİSİN SEYFİ SINDIRILIB, SƏNƏDLƏR VƏ MÖHÜR GÖTÜRÜLÜB

Prokurorluq orqanlarının əməkdaşları AzadlıqRadiosunun Bakı Bürosunda seyfi sındıraraq oradan radionun sənədlərini, möhür və blanklarını götürüblər.

Bundan başqa ofisdən radioya məxsus yaddaş kartları, server kompyuteri, 2 notebook, fotoaparatlar və videokameralar müsadirə edilib.

16:30 26.12.2014
AzadlıqRadiosunun Bakı bürosunda axtarışdan görüntülər
AzadlıqRadiosunun Bakı bürosunda axtarışdan görüntülər

AzadlıqRadiosunun əməkdaşları ofisdən çıxarılıb

15:55 26.12.2014

AzadliqRadiosunun adından saxta məlumat yaya bilərlər

AzadliqRadiosu Bakı ofisinin işinə müdaxilə edən şəxslər radionun möhürünü müsadirə ediblər. Bunu həyata keçirən şəxslərin radionun adından istənilən saxta sənəd hazırlamaq imkanı yaranıb. AzadliqRadiosu xəbərdarlıq edir ki, radionun adından yayılan hər hansı sənəd və məktubun saxta olmaq ehtimalı var.

15:43 26.12.2014
AzadlıqRadiosunun Bakı bürosunda axtarış, günorta saat 14.00
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

Davamı

XS
SM
MD
LG