Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 18:33
Ilqar Məmmədov
Ilqar Məmmədov

AzadliqLive - İlqar Məmmədovu buraxmadılar

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

12:42 25.4.2016

Nalbandyan:"ərazilərlə bağlı güzəşt məsələsi müzakirə olunmayıb"

Ermənistanın xarici işlər naziri Edvard Nalbanyan deyib ki, Sergey Lavrovun Yerevana səfərində ərazilərlə bağlı güzəştlər məsələsi müzakirə olunmayıb.

O həmçinin deyib ki, Lavrov təkliflər paketi gətirməmişdi. Jurnalistlərin suallarına cavab verən Nalbandyan bildirib ki, "paket yoxdur və bunu Lavrovun özü də dedi və süni suallar vermək lazım deyil". (Azadlıq Radiosunun erməni xidməti)

12:25 25.4.2016

Atəşə tutulan Şıxarx kəndinin fotoları

Müdafiə Nazirliyi Aprelin 24-də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun Şıxarx qəsəbəsində dağılan evin fotolarını yayıb.

12:17 25.4.2016

Bakıda BMT Forumu başlanır

Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başlanır.

«İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd» devizi altında keçirilən Forumun təşkilatçıları qeyd ediblər ki, tədbirə aralarında BMT-yə üzv ölkələrin dövlət və hökumət rəsmiləri olmaqla ümumilikdə 2000-ə yaxın qonaq qatılır.

12:12 25.4.2016

Milli Şura Zakir Qaralova müraciət edib

«Azadlıq» qəzeti «Milli Şura «Panama sənədləri»nə görə Qaralova müraciət etdi» adlı yazı dərc edilib.

Yazıda bildirilir ki, bu yaxınlarda «Panama sənədləri» adı altında dünya mediasında yayımlanan ifşaedici materialların Azərbaycan hakimiyyəti ilə bağlı hissəsinin araşdırılması məqsədilə Milli Şura Baş prokuror Zakir Qaralova müraciət edib. Media icmalı

Davamı

XS
SM
MD
LG