Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 19:32
Ilqar Məmmədov
Ilqar Məmmədov

AzadliqLive - İlqar Məmmədovu buraxmadılar

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

12:13 27.4.2016

Azərbaycan 189-cudur

«Ötən il dünyada mətbuat azadlığı son 12 ildə ən aşağı həddə düşüb. Siyasi, kriminal və terrorçu qüvvələr daha geniş hakimiyyət uğrunda mübarizədə medianı öz tərəfinə çəkməyə, yaxud susdurmağa çalışıb». ABŞ-da mənzillənən «Freedom House» təşkilatının aprelin 27-də açıqladığı «Mətbuat Azadlığı 2016» hesabatında belə deyilir.

12:15 27.4.2016

Sizcə, Qarabağ münaqişəsi niyə alovlanır?

Sualı Bakı sakinləri cavablandırır.

Sizcə, Qarabağ münaqişəsi niyə alovlanır?
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

13:24 27.4.2016

Dünya bankı neftə proqnozunu yaxşılaşdırır

Dünya Bankı 2016-cı ilə neftin qiymətinə proqnozunu 1 barrelə 37 dollardan 41 dollara qaldırıb. bank bildirir ki, daha nikbin proqnoza səbəb bazarda durumun yaxşılaşması və dolların zəifləməsidir.

14:52 27.4.2016

Hasarların arxasında gizlənənlər dronlardan qorxur?

Azərbaycanda pilotsuz uçan aparatlardan yararlanıb şəxsi həyata müdaxilə edənlərə həbs cəzası veriləcək. Bu xəbəri Milli Məclisə istinadla APA yayıb. Maraqlıdır ki, şəxsi həyata müdaxiləni qadağan edən qanun Azərbaycanda onsuz da var idi, dronun bura nə dəxli? Dronlardan kimlər qorxur?

Davamı

XS
SM
MD
LG