Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 16:28
Ilqar Məmmədov
Ilqar Məmmədov

AzadliqLive - İlqar Məmmədovu buraxmadılar

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

17:54 29.4.2016

"Məhkəmə protokolları saxtalaşdırılıb"

"Məmməd İbrahimin işi üzrə məhkəmə iclas protokolları saxtalaşdırılıb. Məhkəmədə bütün şahidlər Məmməd İbrahimin xeyrinə ifadə verdiyi halda, bunlar protokollarda öz əksini tapmayıb"

Bunu AXCP sədrinin müşaviri Məmməd İbrahimin vəkiliFariz Namazlı Bakı Apelyasiya Məhkəməsində çıxışında deyib.

18:06 29.4.2016

APA İnformasiya Agentliyi erməni dilində də xəbər xidmətinə başlayıb

Agentlik bundan sonra erməni dilində də on-line xəbər yayacaq. APA-nın erməni dilində xəbərləri ilə www.am.apa.az internet ünvanında tanış olmaq mümkündür.

APA İnformasiya Agentliyi indiyə qədər Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində xəbər xidməti göstərib.

18:43 29.4.2016

Məhkəmə İlqar Məmmədovu buraxmadı

Bu gün Şəki Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə müdafiə tərəfinin İlqar Məmmədov və Tofiq Yaqubluya bəraət verilməsi barədə vəsatətləri təmin etməyib.

Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

18:54 29.4.2016

Həbsdə olan bloqqer Əbdül Əbilovun anası sual edir:

«Əvvəl əsəbiləşirdim, deyirdim ki, «səhv eləyib. İndi fikirləşirəm ki, yox, Əbdül səhv eləməyib, düz eləyib, balam düz yoldadır. Neyləyib ki, «Yaltaqlara dur deyək» deyib də. Düz deməyib ki? Düz deyib. Bu qədər haqsızlıqlar elə yaltaqlara «dur» deməməkdən baş verir. Əbdül nəyi səhv dedi ki, onu həbs elədilər?»

Davamı

XS
SM
MD
LG