"Bu seçkilər məhdud siyasi və hüquqi mühitdə keçirilib, nəticədə siyasi plüralizm olmayıb, seçki kampaniyası zəif və sönük keçib ki, bütün bunlar da seçki prosesinə zərbə vurub", – ATƏT-in qısamüddətli müşahidəçilərinin lideri və xüsusi koordinatoru Maykl Krid deyib.
"Seçki komissiyalarında hakim partiya tərəfdarlarının dominantlığı, müstəqil yerli müşahidəçilərin çıxışına məhdudiyyətlər şəffaflıq və inklüzivlik prinsiplərinə ziddir. Bu məsələlər demokratik seçkilərin əsasını təşkil edir"– o, sözlərinə əlavə edib.
Beynəlxalq Seçki Müşahidə Missiyası hesab edir ki, namizədlərin qeydiyyatı prosesində aşırı ağır tələblər qoyulub, bəzi namizədlər təhdidləri əsas gətirərək prosesdən çəkiliblər.
"Azərbaycanda növbədənkənar parlament seçkilərində seçicilərə həqiqi siyasi alternativlər təqdim olunmayıb, seçkilər fundamental azadlıqları və medianın işini məhdudlaşdıran hüquqi çərçivədə keçirilib. Amma o, effektli hazırlanıb".
Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və bu qurumun Parlament Assambleyasının müşahidəçiləri sentyabrın 2-də bildirib.
İlkin nəticələrə görə, köhnə parlamentdə təmsil olunan 70 YAP deputatının 2/3-si (48 nəfər) mandatını qoruyub saxlaya bilib.