Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 11:28

Bakı təmiz şəhərdirmi?


"Müxtəlif rəngli... konteynerlərlə problemi həll etmək olmaz"
"Müxtəlif rəngli... konteynerlərlə problemi həll etmək olmaz"

Bakının təmizliyi ilə bağlı illərdir böyük layihələr həyata keçirilir. Onlardan biri də şəhər rəhbərliyinin Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə 2019-cu ildə imzaladığı müqaviləyə əsasən hələ də icra edilir. Dünən, sentyabrın 21-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp həmin layihənin icrası ilə tanış olub. Layihə paytaxtda bərk məişət tullantıların yığılması, daşınması və çeşidlənməsinin idarə olunması ilə bağlıdır.

Səfirə layihənin uğurla davam etməsi, bir neçə rayonunda tələbata uyğun konteyner meydançalarının yaradılması və iki rəngdə müasir konteynerlərin quraşdırılması ilə bağlı məlumat verilib.

"Tullantıların həcmi 10 dəfə azalacaq"

Hələ 2012-ci ildə Bakının Balaxanı qəsəbəsində bərk məişət tullantılarının yandırılması zavodu istifadəyə verilib. Onda bildirilmişdi ki, dəyəri 350 milyon avro, illik gücü 500 min ton məişət, 10 min ton tibbi tullantı olan zavodun istismarı zamanı tullantıların həcmi 10 dəfə azalacaq. Zavodun açılışında iştirak edən prezident İlham Əliyev də bildirmişdi ki, bütövlükdə Bakının və Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülməyə başlanıb: "Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini davam etdirir. Çünki bizim üçün insanların sağlamlığı hər şeydən üstündür".

Sumqayıtı basan üfunət iyi: Prezident ailəsi ilə bağlı şirkət
Gözlə

No media source currently available

0:00 0:06:44 0:00

"Üfunətdən qışda da, yayda da…"

Bakının Binəqədi rayonunun Gülüstan qəsəbəsinin sakinləri isə AzadlıqRadiosuna deyir ki, artıq bir neçə ildir ətrafdan gətirilən məişət tullantılarının ucbatından nəinki küçəyə çıxmaq, evdə belə oturmaq mümkün deyil: "Yaxınlıqdakı sexlərin, sallaqxanaların, kafelərin tullantıları bura atılır. Üfunətdən qışda da, yayda da qapıları, pəncərələri açıq saxlaya bilmirik".

Qəsəbə sakinləri deyir ki, tullantılar Balaxanıdakı zavoda daşınmalıdır, onun hər tonu üçün 5 manat 50 qəpik ödənilməlidir: "Pul ödəmək istəməyənlər zibilliyi bura daşıyırlar".

Rəsmilərin cavabı…

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Turan"a bildirilib ki, vətəndaşların hər şikayətinə baxılır və uyğun tədbirlər görülür. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən isə agentliyə deyiblər ki, şəhərin təmizliyi hər zaman diqqət mərkəzindədir: "Lakin zibil qutuları olmasına baxmayaraq, bəzi vətəndaşlar tullantıları, zibilləri hara gəldi atırlar ki, bu da şəhərin çirklənməsinə səbəb olur".

Üfunətli Böyüş şor gölündən 32 ton tullantı yığıldı...
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Departamentdən "Mott MacDonald" şirkəti ilə bağlanan müqaviləyə də toxunublar və deyiblər ki, pilot layihə kimi Nərimanov rayonu götürülüb: "Uğurla davam etdiyinə görə Bakının Nəsimi, Yasamal və Nizami rayonlarında da layihənin icrasına start verilib. Layihə çərçivəsində yeni məişət konteynerləri alınıb. Məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin ağzı germetik qaydada bağlanılır. Bu da güclü külək vaxtı məişət tullantılarının, onların pis qoxularının əraziyə yayılmasının qarşısını alır".

Qurumdan vurğulanıb ki, gündəlik məişət tullantıları ayrıca, narıncı rəngdə konteynerlərə yığılır və 57 məişət texnikası vasitəsilə daşınır.

Layihənin maliyyə tərəfi ilə isə bağlı açıqlama almaq mümkün olmayıb.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalovun fikrincə isə, məişət tullantılarının emal edilməsi ilə bağlı bütün layihələr yalnız kağız üzərindədir. O, AzadlıqRadiosuna bildirib ki, indiyə qədər məişət tullantılarının ağıllı-başlı idarə edilməsini görməyib: "Müxtəlif rəngli torbalar və konteynerlərlə problemi həll etmək olmaz. Məişət tullantılarından çox şey düzəltmək olar".

Balaxanı turistlər üçün bəzədilir, qədimi evlər təmir edilir
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

"Sıfıra bərabərdir"

Onun sözlərinə görə, Bakı küçələrinin təmizliyi sıfıra bərabərdir: "Əvvəl küçələri süpürüb su ilə yuyurdular. İndi isə hər yerdə zibil, tibbi maskalar görmək olar. Sonra deyirlər ki, koronavirusla mübarizə aparırıq. Prezidentin heç bir sərəncamı icra edilmir. Real iş görən vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət nəzarət qurumu yaradılmalıdır".

Yaşlı süpürgəçilər…

Bu mövzuda AzadlıqRadiosuna danışan bəzi ekspertlər də deyiblər ki, küləkli şəhər olan Bakının təmizliyində yaşlı insanların əl əməyindən yox, müasir texnikaların imkanlarından yararlanmaq lazımdır. Onların fikrincə, onda səkilərdə belə yaşlı insanları sürətlə hərəkət edən avtomobillərin vurması halları da olmaz.

XS
SM
MD
LG