Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:38

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

17:41 6.4.2016

İran Ermənistana xəbərdarlıq edib

İran sərhəd xidmətinin rəhbəri: Ermənistandan “qeyri-ixtiyari olaraq” İran sərhədinə bir neçə minaatan mərmisi düşüb

16:37 6.4.2016

Ermənistan daha 4 əsgər itirib

Ermənistanın müdafiə nazirliyi Dağlıq Qarabağda gedən son döyüşlərdə həlak olmuş daha 4 əsgərinin adını açıqlayıb.

Nazirlik bu məlumatı aprelin 6-da yayıb.

14:45 6.4.2016

Lavrov bu gün gəlir

Sergei Lavrov
Sergei Lavrov

Rusiya xarici işlər naziri Sergei Lavrov bu gün Bakıya gəlir.

APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Maria Zakharova bu gün keçirdiyi brifinqdə bildirib.

14:16 6.4.2016

Azərbaycan son döyüşlərdə 31 hərbçi itirib

Azərbaycan ordusu
Azərbaycan ordusu

«Aprelin 2-dən 5-nə kimi cəbhədəki döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri 31 hərbçi itirib».

Müdafiə Nazirliyi mətbuat xidmətini rəhbəri Vaqif Dərgahlı bunu AzadlıqRadiosuna bildirib.

Davamı

XS
SM
MD
LG