Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:25

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

13:00 7.4.2016

Qızıl xaçdan vasitəçilik təklifi

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlikdə itkin düşmüş şəxslərlə bağlı tərəflərə neytral vasitəçiliyini təklif edib. Davamı

10:45 7.4.2016

Vaqif Dərgahlı: «Ordu gücünü sübut etdi»

«Son döyüşlərdə tətbiq edilən vasitələr hərbi potensialın cüzi bir hissəsidir. Əgər erməni tərəf təxribatları davam etdirərsə, işğal etdiyi əraziləri tərk etməzsə, onları hələ çox «sürprizlər» gözləyəcək». Davamı

09:41 7.4.2016

Lavrov: «Bizim təkliflərimiz var»

İlham Əliyev Bakıda Sergei Lavrov-u qəbul edir.
İlham Əliyev Bakıda Sergei Lavrov-u qəbul edir.

«Ümid edirəm ki, son günlərin hadisələri bizi siyasi tənzimlənmə ilə daha fəal məşğul olmağa sövq edəcək. Bizim təkliflərimiz var. Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycan ilə Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq. Hesab edirəm ki, biz bu məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə də diqqət yetirə biləcəyik». Davamı

Davamı

XS
SM
MD
LG