Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:27

Əli Həsənov 'The Washington Post'a münasibət bildirdi


Əli Həsənov
Əli Həsənov

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-ın «The Washington Post» nəşrində Azərbaycanla bağlı dərc edilmiş yazıya münasibət bildirib.

AZƏRTAC-in xəbərinə görə, Ə.Həsənov deyib:

«Prezidentin nəcib və dəyərli təşəbbüsü bütün jurnalistlər, media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və alqışlanıb. Dövlət başçısının KİV əməkdaşlarının sosial məsələlərinin həllinə diqqət və qayğısının bariz nümunəsi kimi xarakterizə edilib».

Prezident köməkçisi ABŞ-ın «The Washington Post» qəzetində dərc edilən «Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır. Digərləri isə zindan» adlı redaksiya məqaləsini «sifarişli» və «qeyri-obyektiv» adlandırıb:

***Buna da bax-WP: Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası

«Dövlətin KİV əməkdaşlarının mənzil-məişət problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərin konkret cinayət əməlinə görə həbs edilmiş şəxslərin işləri ilə əlaqələndirilməsi qərəz və məntiqsizlikdən başqa bir şey deyil».

Ə.Həsənov ABŞ prezidenti Donald Trump-ın artıq bir neçə dəfə «The Washington Post»u müxtəlif siyasi dairələrin maraqlarına xidmət göstərməkdə və «feyk xəbərlər» üzrə ixtisaslaşmaqda ittiham etməsini xatırladıb:

***Buna da bax-Əli Həsənov: 'OCCRP kimi qurumların qərəzli mülahizələrdən ibarət materialları sifarişdir'

«Açıq-aydın görünür ki, «The Washington Post» ABŞ-ın müəyyən siyasi və monopolist dairələrinin dövlət başçılarına, ictimai-siyasi xadimlərə, biznes strukturlarına və hətta ayrı-ayrı dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Heç bir halda azad media nümunəsi hesab edilə bilməz».

Bu il iyulun 20-si Azərbaycanda 255 jurnalistə pulsuz ev verilib. Bunun ardınca onların bəzi həmkarları və o cümlədən «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, bu hal jurnalistləri hakimiyyətdən asılı vəziyyətə salır.

Bu günlər avqustun 24-də isə vergidən yayınmada ittiham edilərək M.Əliyev həbs edilib. Hazırda Azərbaycanda 10-a yaxın jurnalist və bloqqerin həbsdə olduğu bildirilir.

XS
SM
MD
LG