Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 17:32
Ermənistanda səsvermə, 20 iyun 2021
Ermənistanda səsvermə, 20 iyun 2021

Ermənistanda parlament seçkiləri: son xəbərlər

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə ölkənin bütün keçmiş rəhbərləri və hazırkı baş nazir iştirak edib. Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 53.9, keçmiş prezident Robert Koçaryanın "Ermənistan" Alyansı isə 21 faizini yığıb.

08:52 20.6.2021

Ermənistanda erkən parlament seçkiləri ilə bağlı səsvermə başlayıb

Ermənistanda seçki məntəqəsi, arxiv foto
Ermənistanda seçki məntəqəsi, arxiv foto

İyunun 20-si səhər saat 08:00-dan Ermənistanda erkən parlament seçkilərində səsvermə başlayıb. Səsvermə ölkə üzrə 2000-dən çox seçki məntəqəsində aparılır. Seçkilərdə 21 partiya və dörd blok iştirak edir.

Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan "Vətəndaş Sazişi" partiyasından baş nazirliyə namizəddir. Hakim partiyanın əsas rəqibi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi Hayastan (Ermənistan) bloku hesab olunur.

Seçkilərdə iştirak edən partiya və bloklar

"Ədalətli Ermənistan" partiyası,

Erməni Milli Konqres partiyası,

Milli Xristian Partiyası "Zartonk" ("Oyanış"),

"Azadlıq" partiyası,

Blok "Mənim şərəfim var",

"Birləşmiş Vətən" partiyası,

"Ümumerməni Milli Dövlətçiliyi" partiyası,

"Maariflənmiş Ermənistan" partiyası,

"Evimiz - Ermənistan" partiyası,

"Respublika" partiyası ,

"Erməni Vətəni" partiyası,

Azad Vətən bloku,

Çiçəklənən Ermənistan partiyası,

Ermənistan Demokratik partiyası,

"Milli Mühafizəkar Hərəkatı 5165" partiyası ,

Sosial Demokrat Partiyası "Vətəndaş Qərarı",

Demokratlar İttifaqı Şirinyan-Babajanyan bloku,

"Milli Gündəm" partiyası

"Oyanış" partiyası,

Liberal Partiya,

Ermənistanın Avropa partiyası,

"Milli Demokrat Qütb" partiyası,

Suveren Ermənistan partiyası.

Parlamentə düşmək üçün partiyalar ən azı 5%, bloklar isə 7% səs toplamalıdır.

Polisin verdiyi məlumata görə, mövcud erkən seçkilər üçün 2 milyon 578 min 678 vətəndaş seçici siyahısına daxil edilib. Səsvermə yerli vaxtla saat 20: 00-dək davam edəcək.

00:20 19.6.2021
Paşinyan, yoxsa Koçaryan? Ermənistandan baxışlar
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

15:42 16.6.2021
Erməni əsirlər ölkələrinə belə qayıtdılar, yeni mina xəritələrindən xəbər var
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

15:41 16.6.2021
Moskvadakı milyarder də seçkiyə qoşulur, Ermənistanda nə dəyişə bilər?
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Davamı

XS
SM
MD
LG