Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 09:30
Ermənistanda səsvermə, 20 iyun 2021
Ermənistanda səsvermə, 20 iyun 2021

Ermənistanda parlament seçkiləri: son xəbərlər

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə ölkənin bütün keçmiş rəhbərləri və hazırkı baş nazir iştirak edib. Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 53.9, keçmiş prezident Robert Koçaryanın "Ermənistan" Alyansı isə 21 faizini yığıb.

09:49 21.6.2021

"Xalq mənə mandat verdi"

"Ermənistan xalqı bizim "Vətəndaş Müqaviləsi" Partiyamıza ölkəni idarə etməyə və şəxsən mənə baş nazir kimi mandat verdi", – Paşinyan iyunun 21-nə keçən gecə deyib.

"Artıq bilirik ki, seçkilərdə inamlı qələbə qazanmışıq və parlamentdə inamlı çoxluğumuz olacaq", – o, sözlərinə əlavə edib.

Paşinyan tərəfdarlarını bu gün axşam Yerevanın əsas meydanına gəlməyə çağırıb.

Bundan bir neçə dəqiqə sonra isə Koçaryanın alyansı iddia olunan pozuntular araşdırılmayınca nəticələri tanımayacağını bəyan edib. "Seçki məntəqələrində təşkil olunmuş və planlaşdırılmış saxtakarlığı göstərən yüzlərlə siqnal etimadın yoxluğuna ciddi əsas yaradır", – blok bəyanatında bildirib.

Seçkidən öncə keçirilmiş rəy sorğuları rəqabətin Paşinyanın partiyası ilə Koçaryanın yeni yaradılmış alyansı arasında getdiyin göstərir, onların hər birinə dəstək 24 faizə yaxın idi.

09:37 21.6.2021
N.Paşinyan
N.Paşinyan

Paşinyan seçkini udduğunu deyir

Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan vaxtından əvvəl parlament seçkisini udduğunu deyir. Əsas müxalifət alyansı isə nəticəni rədd edir, seçkidə saxtakarlıq olduğunu bildirir.

Artıq bülletenlərin, demək olar, hamısı sayılıb. Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 53.9, keçmiş prezident Robert Koçaryanın "Ermənistan" Alyansı isə 21 faizini yığıb.

20:53 20.6.2021

Səsvermə başa çatıb

Yerli vaxtla saat 20:00-da Ermənistanda erkən parlament seçkilərində səsvermə başa çatıb. Yaxın bir neçə saat ərzində səslərin sayılması aparılacaq.

Seçki yarışının favoritləri Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi partiya və blokdur.

Saat 21:00-da MSK seçkilərdə iştirakla bağlı yekun məlumatları elan edəcək.

20:23 20.6.2021
Ermənistanda seçkidə rüşvət iddiaları
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

57 pozuntudan 20-si

Erkən seçki günü saat 16:00-a qədər pozuntularla bağlı polisə 57 məlumat daxil olub. Bunlardan 20-si ilə bağlı Cinayət Prosessual Məcəlləsinin 180 və 181-ci maddələrinə əsasən araşdırmalara başlanılıb, qalan məlumatlarda cinayət tərkibi olmayıb.

Polisə istinadla AzadlıqRadiosunun erməni xidməti bu barədə məlumat verir. Məlumata görə, açıq cinayət tərkibi əlaməti olan bir hadisə Yerevanda, qalan 19-u ölkənin bölgələrində qeydə alınıb.

Qeyd olunur ki, çox pozuntu təkrar səsvermə ilə bağlı olub. 14 belə hal qeydə alınıb. Bundan başqa, səs hüququnun həyata keçirilməsinə maneə törədilməsi, səsvermə sirrinin pozulması, əmlaka qəsdən ziyan vurulması, bədən xəsarəti və bir sıra digər hadisələr qeydə alınıb.

Davamı

XS
SM
MD
LG