Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:37

Ermənistan 3+3 formatında iclasa hazırlaşır


Nikol Paşinyan
Nikol Paşinyan

İlkin məlumata görə dekabrın 10-da 3+3 və 3+2 formatı üzrə danışıqların hazırlıq iclası keçiriləcək

İlkin məlumata görə dekabrın 10-da 3+3 və 3+2 formatı üzrə danışıqların hazırlıq iclası keçiriləcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə məlumatı dekabrın 8-də Ermənistan parlamentində keçirilən “hökumət saatında” baş nazir Nikol Paşinyan verib.

Paşinyan hakimiyyətyönlü deputat Ripsime Qriqoryanın hökumətin bu formata münasibəti barədə sualına cavab verirdi:

“Bizim bir neçə dəfə imkanımız olub deyək ki, əgər bu platformalarda iştirak etdiyimiz başqa formatlardakı məsələlər müzakirə olunmasa, bizi 3+3 formatı maraqlandıra bilər. Biz bu məsələni partnyorlarımızla, o cümlədən rusiyalı partnyorlarımızla müzakirə etmişik və siqnal almışıq ki, onlar bizim mövqeyimizi bölüşürlər. Yaxın vaxtlarda, səhv etmirəmsə, dekabrın 10-da 3+3 və ya 3+2 formatının ilkin iclası keçiriləcək”.

Baş nazir bildirib ki, Ermənistanı bu iclasda xarici işlər nazirinin müavini təmsil edəcək.

Azatutyun yazır ki, o söhbətin hansı müavindən getdiyi və görüşün vaxtı və yeri haqqında məlumat verməyib.

XS
SM
MD
LG