Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 15:06

Milli geyimlər sərgisi açılıb


Milli geyimlər sərgisi
Milli geyimlər sərgisi

AMEA Milli Azərbaycan Tarixi Muzeyində «Azərbaycan milli geyimləri olduğu kimi» sərgisinin açılışı keçirilib.

Sərginin kuratoru Səbuhi Əhmədovun AzadlıqRadiosuna verdiyi xəbərə görə, sərgi Muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Sərginin məqsədi qloballaşan dünyada Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və gələcək nəsillərə təhrifsiz ötürülməsinə kömək etməkdir.

Sərgidə təqdim olunan geyimlərin müəllifi Səbirə Dünyamalıyevadır.

Onun Azərbaycan, Gürcüstan və İrandakı muzey və kolleksiyalarda apardığı tədqiqatlar nəticəsində XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş geyim növlərinin norma və qaydaları müəyyən edilib. Onların əsasında milli geyim standartları tərtib edilib. Ənənəvi materiallar və üsullar tətbiq edilməklə kişi və qadın geyim dəstləri tikilib.

Sərgidə milli geyimlərlə bərabər Muzeyin kolleksiyasında olan tarixi fotoşəkillər, eləcə də müvafiq məlumatlar təqdim olunur.

Sərgidə nümayiş olunan materiallar Muzeyin nəşr etdirdiyi kataloqda toplanıb.

Oktyabrın 1-dək davam edəcək sərgiyə giriş pulsuzdur.

XS
SM
MD
LG