Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 15:06

'Gilan' tənqiddən nəticə çıxardı


"Gilan Holding"in prezidenti Cəmil Muradov
"Gilan Holding"in prezidenti Cəmil Muradov

Vergilər Nazirliyinin informasiya bazasında nəhayət ki, «Gilan» MMC-nin dövlət reyestr məlumatları yerləşdirilib. Ötən əsrin sonlarında yaradılan və 2004-cü ildə təkrar dövlət qeydiyyatından keçən bu şirkətin reyestr məlumatlarının ictimaiyyətdən gizli saxlanması haqda AzadlıqRadiosu bir müddət öncə yazmışdı. Amma hələ ki, «Gilan Holding» şirkətlər qrupuna daxil olan heç də bütün şirkətlərin dövlət reyestr məlumatları ictimaiyyətə açıq deyil.

Zərifə Əliyeva pr, ev 38, mənzil 7

Dövlət reyestrində göstərilir ki, «Gilan» MMC (VÖEN 1400130241) 2004-cü ilin avqustunda Bakı şəhəri, Zərifə Əliyeva prospekti (indiki Azərbaycan pr.), ev 38, mənzil 7 ünvanında qeydə alınıb. Burada holdinqə daxil olan daha bir neçə şirkət qeydiyyatdadır. «Gilan» MMC-nin nizamnamə kapitalına 22 milyon 182 min 402 manat qoyulub.

Buna da bax: Gilan-ın otellərində nə baş verir?

Vergilər Nazirliyinin 2014-cü ilin birinci yarısınadək ictimaiyyətə açıq saxlanılan vergi ödəyicilərinin əmək müqavilələri haqda məlumat bazasında «Gilan» MMC-nin tərkibində Bakıda, Qəbələdə və Lənkəranda bir neçə otelin, eləcə də ölkə boyunca çoxsaylı istirahət, ticarət, ictimai iaşə və istehsal müəssisələrinin – 870 nəfərin çalışdığı 40-dək obyektin olduğu əksini tapmışdı.

Hələ də bəzi şirkətlər «gün üzü»nə çıxmayıb

Hazırda holdinqdəki iki şirkətin («Caspian Tech Group» MMC və «Gilan Gips» MMC) dövlət reyestri məlumatları qapalıdır.

Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

Ekspertlər deyirlər ki, Azərbaycanda kommersiya şirkətlərinin bu tip dövlət reyestri məlumatları onların təsisçilərinin adlarının açıqlanmasına 2012-ci ildə qanunla qoyulan yasaqdan sonra əhəmiyyətini itirib. Buna baxmayaraq, bəzi oliqarxlara yaxın şirkətlərin açıq olmalı olan bilgiləri də gizli saxlanılır.

XS
SM
MD
LG