Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 10:41

Hüseyn Cavidin yubileyi qeyd ediləcək


Hüseyn Cavidin Bakıda heykəli
Hüseyn Cavidin Bakıda heykəli

Şair-dramaturq Hüseyn Cavidin 135 illik yubileyi keçiriləcək.

Prezident İlham Əliyev bu gün, oktyabrın 24-ü bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən bir sıra nazirlik və dövlət qurumları Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunan tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Buna da bax:​ Güntay Gəncalp: Azərbaycan bir ailənin özəl mülkü deyil

Xatırlatma

Hüseyn Cavid 1882-ci ildə doğulub.

İbtidai təhsilini molla məktəbində alan H.Cavid İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib. Naxçıvan, Gəncə, Tbilisi və Bakıda müəllimlik edib.

Hüseyn Cavid XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri sayılır.

O, sosializmin tərənnümündə rol almadığından, 1938-ci ildə Sibir buzlaqlarına - Maqadana sürgün edilib. O, 1941-ci ilin dekabr ayında İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib.

Onun nəşi 1982-ci il oktyabrın 26-da Azərbaycana gətirilib.

XS
SM
MD
LG