Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 07:41

Nəcməddin Sadıkovun yerinə Kərim Vəliyev təyin edilib


Kərim Vəliyev, arxiv foto
Kərim Vəliyev, arxiv foto

Prezidentin İlham Əliyevin sərəncamı ilə Kərim Vəliyev Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsinə təyin edilib

Prezident İlham Əliyev bu gün, iyulun 23-də general-leytenant Kərim Tofiq oğlu Vəliyevi Azərbaycan Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edib. Onu Müdafiə nazirinin birinci müavini – Azərbaycan ordusunun Baş Qərargah rəisi təyin edib.

Azərbaycan ordusunun Baş Qərargah rəisi vəzifəsi bir müddət idi ki, boş idi. O vəzifəni 1993-cü ildən 2021-ci ilə qədər Nəcməddin Sadıkov tuturdu.

Kərim Vəliyev kimdir?

Kərim Vəliyev 1961-ci ildə Bakıda doğulub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.

1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Prezidentinin 14.05.2014 tarixli sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.

XS
SM
MD
LG