Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:26

Kiril Serebrennikov ‘televizoru söndürür’


Kiril Serebrennikov
Kiril Serebrennikov

Martın 28-də Moskvada məhkəmə Serebrennikova qarşı şərti cəzanı ləğv edib, onun xüsusilə böyük məbləğdə dələduzluq maddəsi üzrə məhkumluğunu qaldırıb

Rejissor Kiril Serebrennikov Rusiyadan Fransaya gedib. Bu haqda martın 20-da kinoşünas Joel Şapron məlumat yayıb. O, Facebook-da Serebrennikovun Parisdə Bastiliya meydanında fotosunu paylaşıb

“Mən televizoru söndürürəm”, – rejissorun köynəyində bu sözlər yazılıb. Rusiya televiziyaları Ukraynaya hücumu əsaslandırmaq üçün hərtərəfli propaqanda aparırlar.

“Beynimdəsə mədəniyyəti işə salıram. Filmlər hazırlanır, çəkilişlər, montaj gedir, master-klaslar planlaşdırılır. Kiril, çox sağ ol ki, həmişə belə fəalsan!” – Şapron yazıb.

Martın 28-də Moskvada məhkəmə Serebrennikova qarşı şərti cəzanı ləğv edib, onun xüsusilə böyük məbləğdə dələduzluq maddəsi üzrə məhkumluğunu qaldırıb. Məhkəmə cəzanın sınaq müddətinin yarısının keçməsini, cərimənin və zərərin tam ödənməsini nəzərə alıb.

Moskvadan Bakıya qəzəbli bəyanatların pərdə arxası ekspert şərhlərində
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

130 milyon rubla yaxın vəsait ödəyib

2020-ci ilin iyununda Serebrennikova “Yeddinci studiya” işi üzrə şərti cəza və 800 min rubl cərimə kəsilib. O və digər təqsirləndirilən 2011-2014-cü illərdə “Platforma” və “Yeddinci studiya” layihələrinə ayrılmış 133 milyon rubl dövlət vəsaitini mənimsəməkdə ittiham olunublar. İş üzrə təqsirləndirilənlər isə əksinə, layihələrə öz pullarını da yatırdıqlarını deyirdilər.

2021-ci ilin noyabrında Serebrennikov Mədəniyyət Nazirliyinin qaldırdığı “Yeddinci studiya” işi üzrə təkbaşına 129 milyon rubl ödəyib. O, 800 min rublu isə şərti cəzayla birlikdə kəsilmiş cərimə kimi ödəyib.

Son bir ayda Rusiyanı çoxsaylı incəsənət adamları tərk edib. Onlar Rusiyanın fevralın 24-də Ukraynanı işğal etməsinə qarşı çıxanlardır.

XS
SM
MD
LG