Keçid linkləri

2024, 24 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:22

Kosmosda otel açılacaq


Rusiya raketi (Arxiv)
Rusiya raketi (Arxiv)

Beynəlxalq Kosmik Stansiyada otel açıla bilər.

Rusiyanın Kosmik Agentliyi - "Roskosmos" bildirib ki, hazırda bunun mümkünlüyü nəzərdən keçirir.

Bundan ötrü 20 tonluq modul yaratmaq planlaşdırılır.

Onun uzunluğu 15 metr olacaq. Turistin ixtiyarına 2 kub metrlik yataq kayutası veriləcək.

Kayutada diametri 23 santimetr olan illüminator olacaq.

Bundan başqa modulda trenajorlar, Wi-Fi və şəxsi gigiyena vasitələri də olacaq.

Modulda istirahət guşəsi də yaradılacaq. Oradakı illüminator daha böyük olacaq.

Turist üçün açıq fəzaya çıxmaq şəraiti yaradıla bilər - peşəkar kosmonavtın müşayiəti ilə.

Biletin 40 milyon dollar olacağı gözlənir.

Bu kosmik turizm layihəsinin reallaşdırılması üçün 450 milyon dollara qədər vəsait lazımdır.

Layihə 2021-ci ildən tez reallaşmayacaq.

Gözlənilir ki, o öz xərcini 7 ilə çıxaracaq.

Buna da bax: Ermənistan ordusu kosmik kəşfiyyat planını açıqlayıb

XS
SM
MD
LG