Keçid linkləri

2024, 24 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:27

Bu qaşıqdan xörək tökülmür [Video]


İllüstrasiya. (Shutterstock)
İllüstrasiya. (Shutterstock)

Yeməkdən bir qaşıq götürüb ağıza aparmaqdan asan şey yoxdur.

Amma minlərlə insan var, bu onlar üçün ən çətin hərəkətlərdən biridir.

Onurğa ilə bağlı problemləri olanlar, iflic keçirənlər və bir sıra ağır xəstəliklərə düçar olmuş, əlləri əsən insanları bu sıraya aid etmək olar.

ABŞ-ın Miçiqan Universitetinin məzunu Anupam Pathak-ın qurduğu şirkətin düzəldib satdığı Liftware qaşıq və çəngəlləri belə insanlar üçün nəzərdə tutulub.

Bu barədə futurism.com yazır.

Qaşığın dəstəyinə kiçik motor quraşdırılıb.

O, əlin hərəkətinə uyğun olaraq qaşığı elə hərəkətə gətirir ki, yemək dağılmır.

Düzdür, belə qaşığın qiyməti kifayət qədər bahadır: 195 dollar.

Bunlara da bax:

Plastik qabların sağlamlığa daha bir zərəri [Yeni araşdırma]

Norveçdə 'Gələcəyin şəhəri'ni tikirlər

XS
SM
MD
LG