Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 13:40

Ukrayna hakimiyyəti: separatçılar hərbçilərə hücum edir

Donbassda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir

Donbassda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, prezident Petro Poroshenkonun göstərişi ilə iyunun 20-dən 27-dək Ukrayna silahlı qüvvələri, Milli Qvardiyası, sərhədçilər və Daxili İşlər Nazirliyinin bölmələri atəşi birtərəfli qaydada dayandırıb.

Ancaq məlumatda iyunun 22-nə keçən gecə qanunsuz silahlı birləşmələr Donetskdə hərbçilərin mövqeyini 11 dəfə atəşə tutulduğu bildirilib.


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

18:04 14.6.2014

VURDUQLARI TƏYYARƏDƏ QƏNİMƏT AXTARIRLAR



Luqansk separatçıları gecə vurulan İL-76 təyyarəsinin qalıqları arasında silah və sursat axtarırlar.
17:56 14.6.2014

SEPARATÇILARIN PUSQUSUNDA 3 ƏSGƏR ÖLÜB


Mariupolda hərbçilər pusquya düşüb. Mayın 14-də sərhədçilərin hərbi karvanı pusquya düşüb. Şəhər kənarındakı körpüdən keçərkən maşın karvanına qumbaratanlardan arəş açılıb. Sərhəd xidmətinin rəhbəri Oleg Slobodian 3 hərbçinin öldüyünü bildirir.
17:46 14.6.2014

İl-76-NI "İQLA" RAKETLƏRİ İLƏ VURUBLAR



Videoda İl-76 təyyarəsinin alovlanması. Xəbər verilir ki, Luqansk aeroportu yaxınlığında separatçıların təyyarə pusqusunun yerində 3 "İqla" raket qurğusunun hissələri tapılıb. Təyyarəyə 2 raketin atıldığı, 1-nin isə ilişib lülədə qaldığı iddia olunur. "İnformasiya müqaviməti" mərkəzinin rəhbəri D.Tymchuk yazır ki, terrorçuların pusqu yerindən Rusiyanın Mtsensk şəhərində istehsal olunan konserva bankaları tapılıb.

Davamı

XS
SM
MD
LG