Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 15:47

Moldova kilsəsi də ‘Bill Gates-in mikroçipindən’ qorxur


Nisporenidəki kilsə
Nisporenidəki kilsə

Moldova Pravoslav Kilsəsinin Sinodu ölkə rəhbərliyinə müraciət edib.

Müraciətdə tələb edilir ki, koronavirusun vaksini tapıldıqdan sonra adamların peyvəndlənməsi könüllü olsun.

AzadlıqRadiosunun Moldovan xidmətinin məlumatına görə müraciətdə deyilir ki, “COVID-19 vaksini ilə birlikdə adamlara mikroçiplər” qoyula bilər:

"Bir çox Avropa ölkələrində cəmiyyət məcburi qaydada vaksinasiyaya qarşı çıxış edir, çünki buna qlobal Məsih düşmənlərinə adamların bədəninə mikroçip yerləşdirib onlara 5G texnologiyası ilə nəzarəti ələ almaq imkanının verilməsi kimi baxılır”.

Sənəddə deyilir ki, Amerika milyarderi, Microsoft şirkətinin banisi Bill Gates “adamların vaksin vasitəsilə mikroçiplənməsi texnologiyasının” əsas dəstəkçisidir.

Rusiyanın dəstəklədiyi konspirologiya

Bill Gates, mikroçiplər və 5G texnologiyası barədə iddialar son aylarda geniş tirajlanan qəsd nəzəriyyələrindəmn biridir.

Bu konspiroloji nəzəriyyə daha çox sosial şəbəkələrdə yayılıb. Əksər hallarda buna bənzər “informasiyaları” Rusiya hakimiyyətinə bağlı medialar yayır.

Avropa Komissiyası Rusiya hökumətinin bu məsələdə xüsusi fəallıq göstərməsini pisləyən hesabat açıqlayıb.

Rusiya Baş Prokurorluğu bu informasiyaların saxta olduğunu bildirib və onların yayılması qadağan olunub.

Pravoslav Kilsəsi Moldovada ən böyük dini təşkilatdır və onun 3 milyon davamçısı var.

Subordinasiyaya görə Moldova Pravoslav Kilsəsi Rus Pravoslav Kilsəsinə daxildir, lakin geniş muxtariyyəti və özünüidarə hüququ var.

Koronavirusa qaşı vaksinlər bir neçə ölkədə hazırlanmaqdadır, lakin onun üzərində iş heç bir ölkədə birinci mərhələdən çıxmayıb.

XS
SM
MD
LG