Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:39

Aleksey Navalnıya 19 il iş kəsildi


Avqustun 4-də Moskvanın 250 kilometrliyindəki Vladimir vilayətinin cəzaçəkmə koloniyasında keçirilən məhkəmə 47 yaşlı müxalifətçini Cinayət Məcəlləsinin 6 maddəsi üzrə məhkum edib
Avqustun 4-də Moskvanın 250 kilometrliyindəki Vladimir vilayətinin cəzaçəkmə koloniyasında keçirilən məhkəmə 47 yaşlı müxalifətçini Cinayət Məcəlləsinin 6 maddəsi üzrə məhkum edib

Rusiyada hazırda mənimsəmə ittihamı ilə 9 illik həbsxana cəzası çəkən müxalifət siyasətçisi Aleksey Navalnıya cəzasını xüsusilə sərt rejimli koloniyada çəkmək şərti ilə 19 il iş kəsilib.

Bu dəfə ona qarşı, təsis etdiyi Antikorrupsiya Fondu (AKF) ilə bağlı ekstremizm ittihamı irəli sürülmüşdü.

Avqustun 4-də Moskvanın 250 kilometrliyindəki Vladimir vilayətinin cəzaçəkmə koloniyasında keçirilən məhkəmə 47 yaşlı müxalifətçini Cinayət Məcəlləsinin 6 maddəsi üzrə məhkum edib.

Bu maddələrə ekstremist icmanın yaradılması və maliyyələşdirilməsi, ekstremizmə çağırış, azyaşlıların cəlb olunması ilə nasizmə haqq qazandırılması və təhlükəli hərəkətlər ittihamları daxildir.

Prokuror məhkəmədən Navalnıya cəzasını xüsusi rejimli koloniyada çəkməklə 20 illik həbsxana cəzası istəmişdi.

Şarl Mişel hökmü pisləyib

Belə həbsxanalarda yüksək təhlükəsizlik tədbirlərinə əməl edilir və məhbuslara ən sərt məhdudiyyətlər tətbiq olunur.

Halbuki Rusiya qanunlarına görə belə cəzalar ömürlük həbs cəzası alanlara, xüsusilə təhlükəli resedivistlərə tətbiq edilir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sosial mediada bu məhkəmə qərarı barədə yazıb:

"Son hökm Aleksey Navalnıya qarşı daha bir qondarma mühakimənin nəticəsi kimi qəbuledilməzdir. Ona qanunsuz olaraq verilmiş bu cəza onun Kreml rejiminə qarşı tənqidi danışmaq cəsarətinə görədir”.

Lakin müəmmalı qalan budur ki, Navalnı barədə yeni cəzanın onun köhnə cəzasına əlavə olunacağı və ya onun üst-üstə 19 il azadlıqdan məhrum edildiyi bilinmir.

“Stalinçi” hökm

Xüsusi rejimli koloniyalarda məhbuslar kameralarda ya tək, ya cüt, ya da dörd nəfər saxlanırlar.

Buradakı kamera pəncərələrinin və qapılarının əlavə barmaqlıqları var və məhbuslar həbsxananın içərisində hərəkət etdirilərkən başları aşağı salınmış və qolları arxadan qandallanmış vəziyyətdə olurlar.

Xüsusi rejimli koloniyalarda məhbus gündə bir saat və ya iki saat gəzinti vaxtı istəyə bilər, lakin bu gəzinti də xüsusi olaraq qəfəslənmiş və gün işığı düşməyən ərazidə keçirilir.

Bu həbsxanalardakı məhbuslara cəzanın ilk 10 ilində dostlar və qohumlarla hər hansı kommunikasiya və ya görüş qadağan edilir.

Amnesty International beynəlxlaq insan haqları təşkilati Navalnı barəsində yeni hökmü “yalnız onu hədəfləyən siyasi qisas aktı” adandırıb.

Navalnı məhkəmədən əvvəl özü barəsində yalnız “stalinçi” hökm gözlədiyini demişdi.

XS
SM
MD
LG