Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:39

Nazarbayev cərrahiyyə əməliyyatından yox, ‘tibbi prosedurdan’ keçib


Nursultan Nazarbayev
Nursultan Nazarbayev

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev bundan əvvəl xəbər verildiyi kimi ürək cərrahiyyəsindən yox, “tibbi prosedurdan” keçib.

Bunu Astanadakı Qazaxıstan Ürək Cərrahiyyəsi Mərkəzinin direktoru Yuri Pya deyib:

"Bu cərrahiyyə əməliyyatı yox, tibbi, diaqnostik prosedur idi”.

Pya deyib ki, Nazarbayevin cərrahiyyə əməliyyatı olunduğuna dair xəbərlər prosedur və tam əməliyyat arasındakı fərqi bilməyən adamlara görə yayılıb:

"Tibbi prosedur hələ ötən il planlaşdırılmışdı, amma Nazarbayevin iş cədvəli çox sıx olduğundan prosedur indi keçirilib”.

Nazarbayevin hazırkı sağlıq durumuna dair suala cavab verən həkim “o kosmonavt kimi sağlamdır” deyib.

Pyanın brifinqindən az əvvəl Nazarbayevin sözçüsü Aydos Ukibay onun “uğurlu cərrahiyyə əməliyyatından” keçdiyini demişdi.

Ukibay yanvarın 20-də Twitter-də yazmışdı ki, “birinci prezidentin həyatı təhlükədə deyil. O, hazırda nəzarət altındadır”.

Mediada yayılan məlumatlara görə, Nazarbayev paytaxt Astanadakı Milli Ürək Əməliyyatı Mərkəzinə yerləşdirilib.

İndiyədək Nazarbayevin səhhətində hər hansı problem haqda açıqlama olmayıb.

Keçmiş sovet respublikasını otuz ilə yaxın dəmir yumruqla idarə etmiş Nazarayev 2019-cu ildə istefa verib, indiki prezident Qasım Jomart-Tokayevi xələfi seçib.

Son bir ildə, ötən ilin yanvar etirazlarından bəri Tokayev sələfinin səlahiyyətlərini kəskin məhdudlaşdırıb.

Bir həftə öncə deputatlar Nazarbayevin yaxın ailə üzvlərinin hüquqi toxunulmazlığını ləğv edib.

Parlament Nazarbayevin parlamentin yuxarı palatası – Senatın ömürlük fəxri üzvlük statusunu da ləğv edib.

Ötən ilin yanvarında yanacağın qiymətlərinə etiraz aksiyaları genişlənib, Nazarbayev rejimi və nepotizmə qarşı etirazlara çevrilib. Bundan sonra Tokayev Nazarbayevi Təhlükəsizlik Şurasından kənarlaşdıraraq qurumun başına keçib.

Nazarbayevin qohumları və müttəfiqləri vəzifədən çıxarılıb, yaxud istefa verib. Bəziləri korrupsiya ittihamları ilə həbs olunub.

XS
SM
MD
LG