Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:18

Nazarbayevin daha bir heykəlini yığışdırdılar


2020-ci ildə sözü gedən heykəlin açılışı belə olmuşdu
2020-ci ildə sözü gedən heykəlin açılışı belə olmuşdu

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin Astanada Milli Müdafiə Universitetinin ərazisindəki heykəlini götürüblər.

Bu barədə AzadlıqRadiosunun Qazax xidməti məlumat verib. Bu heykəl universitetin qarşısında 2020-ci ildə, Nazarbayevin 80 illiyi münasibətilə ucaldılmışdı.

Ötən dekabradək Milli Müdafiə Universiteti Nazarbayevin adını daşıyırdı. Həmin ay onun adı dəyişdirilərək Qazaxıstan Milli Müdafiə Universiteti olub.

Müdafiə Nazirliyində heykəlin demontajını elə universitetinin adının dəyişdirilməsi ilə izah ediblər.

Bu da bildirilib ki, heykəl Qazaxıstan silahlı qüvvələrinin hərbi-tarixi muzeyinə köçürüləcək.

Heykəlin hazırda müvəqqəti olaraq nazirliyin ərazisində saxlandığı deyilir.

2022-ci ilin payızında Birinci Prezident Günü dövlət bayramlarının siyahısından çıxarılıb. Nur-Sultan şəhərinin adı ləğv edilərək şəhərə onun köhnə adı – Astana adı qaytarılıb.

2023-cü ilin yanvarında Qazaxıstan Konstitusiya məhkəməsinin qərarı ilə “Birinci prezident – Elbası” titulu haqqında qanun ləğv edilib.

Məhkəmənin qərarında deyilirdi ki, 2022-ci ilin iyununda Konstitusiyaya dəyişikliklər ediləndən sonra ana qanunda birinci prezidentə dair qanunun saxlanmasının əsasları qalmayıb.

'Bezdim, istəmirəm' - Azərbaycanlılar seçkiyə niyə getmir?
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00

İzləri silinir

Konstitusiya mətnindən Nazarbayevin rolu və statusu barədə bütün müddəalar çıxarılıb.

Ötən ilin fevral ayında prezident Kasım-Jomart Tokayev birinci prezident haqqında qanunu ləğv edən qanun imzalayıb.

Bu qanun Nursultan Nazarbayevə, onun ailəsinə və əmlakına bütün başqa imtiyazlarla yanaşı həm də cinayət təqibindən immunitet verirdi.

Nazarbayev habelə özünün “fəxri senator” adından məhrum edilib və onun dövlət hesabına maliyyələşdirilən dəftərxanası bağlanıb.

XS
SM
MD
LG