Keçid linkləri

2024, 25 Sentyabr, çərşənbə, Bakı vaxtı 01:32

XXXI Yay Olimpiya Oyunları başladı [Fotolar]


Avqustun 6-sı Bakı vaxtı ilə saat 3:00-da Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarının başlanması ilə bağlı mərasim keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, komandaların paradından sonra Braziliya Milli Olimpiya Komitəsinin prezidenti Carlos Arthur Nuzman çıxış edərək, bu mötəbər yarışın ölkəsində keçirilməsindən qürur duyduğunu deyib. O, müxtəlif ölkələrdən gələn atletlərin idman və sülhdən ötrü bir araya gəldiyini bildirərək, Rio-de-Janeyronun bu prosesə mühüm töhfə verməsindən məmnunluğunu ifadə edib.

Buna da bax - Azərbaycan olimpiadada neçə qızıl qazana bilər?

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Thomas Bach da deyib ki, Cənubi Amerikada ilk Olimpiadaya ev sahibliyi edən Braziliya bu mötəbər tədbiri yüksək səviyyədə keçirməkdən ötrü ciddi işlər görüb.

Braziliya prezidentinin səlahiyyətlərini icra edən Michel Temer isə XXXI Yay Olimpiya Oyunlarını açıq elan edib.

Nəhayət, 26 min kilometrlik səyahətdən sonra Olimpiya məşəli «Marakana» stadionuna gətirilib.

2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı Vanderlei Cordeiro de Lima-nın XXXI Yay Olimpiya Oyunlarının məşəlini alovlandırması ilə açılış mərasimi başa çatıb.

XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.

Azərbaycan yarışlara idmanın 18 növü üzrə 56 idmançı ilə qatılıb.

XS
SM
MD
LG