Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 21:35

Alimlər deyirlər ki, pandemiyaya görə ‘seysmik küylər’ azalıb


Dünya alimləri bildirirlər ki, koronavirus pandemiyası ilə bağlı nəqliyyat sistemlərinin və insanın başqa fəaliyyətlərinin məhdudlaşması bütün planet boyunca “seysmik küylərin” və ya titrəyişlərin azalmasına səbəb olub.

Alimlər martın 31-də Nature jurnalında dərc edilmiş məqalədə izah edirlər ki, insanın fəaliyyəti, o cümlədən nəqliyyat vasitələrinin hərəkəti və sənaye avadanlığının işi Yer qabığında titrəyişlərin yaranmasına səbəb ola bilər.

Belə titrəyişlər adətən zəlzələlər və vulkan aktivliyi zamanı daha güclü şəkildə müşahidə edilir.

Amerikanın səsi radiosunun məlumatına görə Belçika Kral Rəsədxanasının seysmoloqu Thomas Lecoq qeyd edir ki, onun ölkəsində pandemiya ilə bağlı məhdudiyyətlər tətbiq ediləndən bəri insan fəaliyyətinin yaratdığı vibrasiyalar 30 faizədək azalıb.

Kaliforniya Texnoloji İnstitutunun tədqiqatçıları buna bənzər azalmanı Los Anceles ətraflarında müşahidə ediblər.

Britaniya alimləri də eyni müşahidələr barədə məlumat verirlər.

Nature jurnalında dərc edilmiş məqalədə deyilir ki, seysmik küylərin azalması alimlərə şəhərlərdəki zəlzələlərin ard zərbələri barədə daha dəqiq məlumat almaq imkanı verəcək.

Alimlərin dediyinə görə seysmik küylərin sakitləşməsi həm də okean dalğalarının yaratdığı titrəyişlərin daha yaxşı öyrənilməsinə imkan yaradır.

XS
SM
MD
LG