Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:37

Aeroflotun keçmiş rəhbəri müharibəyə qarşı çıxış edib


Şeremetyevo hava limanı
Şeremetyevo hava limanı

Andrey Panov yazır ki, Ukraynaya müdaxiləni dəstəkləyənlər avtomatik olaraq Moskvanın hərbi cinayətlərinə şərik olurlar

Rusiya mülki aviasiyasının flaqmanı olan Aeroflot şirkətinin keçmiş baş direktor müavini Andrey Panov Rusiya şirkətlərinin rəhbərlərinə Ukraynadakı hərbi əməliyyatları “sabotaj etmək” çağırışı ilə müraciət edib.

Hazırda xaricdə olan Panov The Financial Times qəzeti üçün yazdığı köşə məqaləsində həmkarlarını Rusiyanın Ukraynaya müdaxiləsini və Rusiya təbliğatını dəstəkləyən bütün kontraktlardan imtina etməyə çağırıb:

"Mən bilirəm ki, bir çoxlarınız Kremlin və onun KİV-lərinin dediyinə inanırsınız. Amma siz ağıllı adamlarsınız – biznes aparırsınız və yaxşı məlumatlı olmalısınız”.

Panov yazır ki, bu müharibə Rusiyanın iqtisadiyyatı və reoputasiyası üçün dağıdıcı təsirə malikdir.

O xatırladır ki, Ukraynaya müdaxiləni dəstəkləyənlər avtomatik olaraq Moskvanın hərbi cinayətlərinə şərik olurlar.

Bakıda rusiyalı sülhməramlılara etiraz
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Bir həftədə dəyişən ölkə

Panov bu yazısında martın 5-də ölkədən çıxmasından da bəhs edir.

O qeyd edir ki, sərhədi keçərkən həyatında ilk dəfə olaraq onu söhbət üçün ayrıca otağa dəvət ediblər.

Aeroflot rəhbəri üç gün müddətinə gediş-dönüşlü biletini göstərdikdən sonra onu sərhəddən buraxıblar.

Panov hazırda İsraildədir. O bundan əvvəl The Wall Street Journal demişdi ki, müharibədən cəmi bir həftə ərzində belə dəyişmiş ölkədə dövlət şirkətində işləmək qeyri-mümkündür.

Bu il aprelin 4-də Rusiyanın Dövlət Dumasına Rusiya ərazisində Rusiyaya qarşı sanksiyaları icra edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub.

Yeni qanun Rusiya şirkətləri və bankları ilə əməkdaşlıqdan imtina edənlər üçün 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

XS
SM
MD
LG