Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 08:34

Paşinyan: 'Məqsədimiz sülh müqaviləsi imzalamaqdır, lakin...'


Baş nazir Nikol Paşinyan
Baş nazir Nikol Paşinyan

Baş nazir bir daha bəyan edib ki, demarkasiya və delimitasiya prosesinə Azərbaycan mane olur.

Sərhəddə baş vermiş son toqquşmalarda əsir düşənlərin qaytarılması üçün nə edilir? Onların vəziyyəti necədir?

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan noyabrın 17-də parlamentdə keçirilən “hökumət saatında” bu kimi suallara cavab verməyib.

O bunun əvəzində əsirdüşmənin təhqiq edilməsinin mühümlüyündən söz açıb. O müxalifətdən olan deputat Tiqran Abraamyanın “atəş açmamaq əmrini kim verib” sualını cavablandırarkən deyib:

“Hansı hallarda əsir düşmək cinayət sayılmır? Biz bunun belə olub-olmadığını bilmək üçün hər bir halı ayrılıqda araşdırmalıyıq. Məsələn, aydındır ki, adam yaralanıbsa və huşsuz vəziyyətdədirsə, ona əlbəttə, heç bir irad tutula bilməz”.

Deputat Abraamyan baş nazirdən soruşmuşdu:

“Dərc olunmuş videoların birində görünür ki, döyüş mövqelərindən birinin itirilməsi heç bir atışma olmadan baş verib. Daha sonra isə informasiya var idi ki, bizdən 13 nəfər əsir düşüb, 24 hərbçi ilə isə rabitə kəsilib. Birincisi, bizim hərbi qulluqçuların taleyi barədə sizə nə məlumdur? İkincisi, onlara qarşı zorakılığın qarşısının alınması üçün nə edilir? Mən hələ ən pis mümkün ssenaridən danışmıram. Belə vəziyyətin yaranmasına görə kim məsuliyyət daşıyır?”

Paşinyan suala cavab verərkən deyib:

“Necə yəni, atəş açmamaq əmri verilib? Belə bir şey ola bilməzdi. Birincisi ona görə ki, belə əmri yazılı və ya şifahi verən hər hansı şəxs Ermənistan Respublikası suverenlyinin qorunmasına dövlət xəyanəti edir...”

Rusiyalı şərhçi: 'Moskva və Bakı Zəngəzurla bağlı sövdələşməyə gedə bilər'
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Deputat Paşinyanı “xəyanətdə” ittiham edib

Azatutyun yazır ki, mövqelərdə müqavimət göstərilməməsini yolverilməz hesab etdiyini deyən baş nazir başqa bir müxalifətçi deputatın, Ayk Mamicanyanın Paşinyanın bundan əvvəl məhz belə hərəkət etdiyi barədə replikasına reaksiya verməyib.

Deputat deyib:

“Az əvvəl siz dediniz ki, “atəş açmamaq əmrini verən adam dövlət xaini sayılmalıdır”. Amma yarım il bundan əvvəl demişdiniz: Sev liç gölünün (Qaragöl - red) 30 faizinə görə müharibə başlamamalıydıq ki...” Bax dövlət xəyanəti məhz belə olur. Yaxşı ki, sizin ədliyyə naziriniz islah-əmək binalarının təmirinə başlayıb. Çünki sizin gələcəyiniz mütləq orda keçəcək”.

Paşinyan habelə aydınlıq gətirməyə çalışıb ki, haqqında danışdığı 41 kvadrat kilometr ərazi Azərbaycan tərəfindən yalnız dünənki və ya srağagünkü hadisələrə görə işğal olunmayıb.

O israr edib ki, dünənki əməliyyatlar nəticəsində balans heç bir şəkildə dəyişməyib.

Azatutyun yazır ki, halbuki Müdafiə Nazirliyinin rəsmi məlumatında mövqelərin itirildiyi xəbər verilirdi.

Paşinyan deyir ki, Azərbaycan sərhəddə irəliləyib
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

“Demarkasiya və delimitasiyaya Azərbaycan mane olur”

Paşinyan öz komandasından deputat Lena Nazaryanın sualına cavab verərkən deyib ki, Ermənistanın məqsədi Azərbaycanla sülh razılaşması imzalamaqdır:

“Bizim məqsədimiz sülh müqaviləsi imzalamaqdır. Lakin sülh müqaviləsinin imzalanmasından əvvəl sülh müqaviləsinin mətni razılaşdırılmalıdır”.

Baş nazir bir daha bəyan edib ki, demarkasiya və delimitasiya prosesinə Azərbaycan mane olur:

“Rusiya Federasiyası, “üstü açılmış” sənəd də daxil, üç dəfə təkliflə çıxış edib və biz hər üç dəfə bu prosesdə irəliləməklə razılaşmışıq. Məndə yaranan təsəvvürə görə proses ona görə yerindən tərpənmir ki, Azərbaycan prosesi ya uzadır, ya da onun tərəfindən konkret cavab yoxdur”.

Azatutyun yazır ki, Paşinyan müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən niyə çıxarıldığı barədə izahat verməyi də lazım bilməyib.

O vurğulayıb ki, naziri təyin etmək və ya vəzifəsindən çıxarmaq baş nazirin səlahiyyətinə daxil olan məsələdir.

Paşinyan vurğulayıb ki, Suren Papikyanı bu vəzifəyə onun siyasi komandasından olduğuna görə təyin edib:

“Bunu mühüm hesab edirəm ki, xarici işlər və ya müdafiə naziri bizim siyasi komandamızın üzvü olmalıdır”.

Azatutyun yazır ki, müxalif Hayastan fraksiyası hökumətə heç bir sual ünvanlamayıb. Fraksiya “hökumət saatını” boykot qərarı qəbul etmişdi.

XS
SM
MD
LG