Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:48

Peskov Yerevana: KTMT-nin sənədlərində 'üzvlüyün dondurulması' söhbəti yoxdur


Dmitri Peskov
Dmitri Peskov

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov fevralın 26-da bir daha deyib ki, Moskva Ermənistan baş naziri Nikol Paşinyanın bəyanatının arxasında hansı mənanın olmasına dair Yerevandan müfəssəl izahat tələb edəcək.

Paşinyan ötən həftə Fransanın France 24 telekanalına müsahibəsində demişdi ki, onun ölkəsi Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınfdadakı (KTMT) fəaliyyətini dondurub:

"Bu məsələdə hələ ki aydınlıq yoxdur. Biz erməni partnyorlarımızla tez-tez kommunikasiyada oluruq və əlbəttə bu məsələyə aydınlıq gətirəcəyik”.

Bununla yanaşı Peskov bildirib:

"Əgər müvafiq sənədlərdən çıxış etsək, KTMT-də de jure (üzvlüyün donbdurulmsı) rejimi sadəcə olaraq yoxdur”.

Bundan əvvəl fevralın 23-də Rusiya XİN bu barədə ayrıca bəyanatla çıxış etmişdi:

"Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsində və təşkilatın özündə istirakını dondurmasına dair dediklərinin arxasındakı məna mövzusunda ikitərəfli kanallarla müfəssəl izahat gözləyirik”.

Rusiya XİN-dən açıqlama

Rusiya XİN-in məlumatına görə Moskva ondan çıxış edir ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və bu üzvlüyün verdiyi bütün hüquq və öhdəliklərə malikdir:

"Bununla belə, təəssüflə bildiririk ki, Yerevanın bu təşkilatın tədbirlərində iştirak dinamikası azalıb və bu, dost erməni xalqının maraqlarına və ölkənin təhlükəsizlyinin təmin olunması vəzifələrinə cavab vermir. Ümid edirik ki, Yerevanda, mövcud narahatlıqların, ictimaiyyət qarşısında narazılıq ifadə edilməsi ilə deyil, sakit və etibarlı dialoqda müzakirə olunub aradan qaldırlmalı olduğunu başa düşəcəklər.”

Rusiya XİN-in bəyanatında deyilirdi ki, Moskva Ermənistan hakimiyyətinin guya KTMT-nin 2021 və 2022 illərdə regionda baş vermiş “məlum hadisələr” zamanı öz öhdəlikllərinə əməl etməməsinə dair iradlarını tamamilə qeyri-məqbul hesab edir.

Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ötən həftə “İzvestiya” qəzetinə müsahibəsində demişdi ki, Moskva Ermənistanın təhlükəsizliyinin təminatı üçün KTMT-yə alternativ görmür:

"Biz ondan çıxış edirik ki, KTMT-də olması ilk növbədə Ermənistanın və erməni dövlətinin marağındadır. Obyektiv baxılarsa, Ermənistanın təhlükəsizliyinin təminatı üçün KTMT mexanizminə alternativ yoxdur”.

Rusiya “bespredelindən” qorxu

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun yazdığına görə, bu arada Nikol Paşinyanın siyasi müttəfiqi olan Respublika partiyasının sədri Aram Sarkisyan deyib ki, Yerevan öz siyasətini Moskva istiqamətindən ayırmaqda davam edir, amma bu sahədə hələ kifayət qədər addım atılmayıb.

Sarkisyan bunu da vurğulayıb ki, Ermənistanın xarici siyasət kursunun qütbünü tamamilə dəyişməsinə ehtiyac var.

Respublika partiyasının lideri deyib ki, Ermənistan artıq altenativ silah təchizatçısı kimi Avropa İttifaqı və Hindistanla təmaslardadır, KTMT-nin tədbirlərinə qatılmır, Roma statutunu qəbul edib, Azərbaycanla münasibətlərini Qərb plartformalarında normallaşdırmaq kursu götürüb və bu barədə Brüssel və Qranadada müvafiq sənədlər imzalayıb:

"Bütün bunlar kifatyətdirmi? Bilmirəm. Məncə yox. Biz inanırıq ki, xarici siyasət kursu tamamailə dəyişməlidir və siyasi vektorun dəyişdirilməsinə ehtiyac var”.

Siyasətçi bildirib ki, bütün bunları edən Yerevanın narahatlıqları da var:

"Bundan əvvəlki hakimiyyətin və bu hakimiyyətin Rusiyadan qorxuları var və bu qorxular, hardasa əsaslıdır, çünki Rusiya terror aktlarından təxribatlara qədər hər şeyə qabil olan bir ölkədir. Kriminal mədəniyyətdə buna “bespredel” deyirlər. Zənnimcə bunlar Ermənistanın bugünkü iqtidarında qorxular yaradır”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG